Bank “BTB” ASC Korporativ hüquqşünas vəzifəsinə işə qəbul elan edir.
Bank “BTB” ASC Korporativ hüquqşünas (kiçik mütəxəssis-hüquqşünas, mütəxəssis-hüquqşünas, aparıcı mütəxəssis-hüquqşünas) vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
- Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
- Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
- Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır;
- Bank tərəfindən bağlanılan müqavilələrə rəy verir;
- Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
- Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
- Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
- Bankın fəaliyyətində qanunvericiliyin təmin edilməsində və onun qanuni maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
- Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin hüquqi ekspertizasını aparır;
- Müştərilərlə əlaqədə olan əməkdaşlara, o cümlədən “Çağrı mərkəzi” əməkdaşlarına və digər əməkdaşlara müştərilərlə davranış və digər mövzularda məsləhətlər verir;
- Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
- Müştərilərin hüquqlarının, qanuni mənafelərinin və etik davranış qaydalarının pozulması hallarının aşkarlanması üçün araşdırmalar aparır;
- Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularını araşdırır və cavablandırır;
- Müştərilərin hüquqlarının, qanuni mənafelərinin qorunması və etik davranış qaydalarında çatışmazlıqların aradan qaldırılması istiqamətində Departament direktoruna müvafiq təkliflər hazırlayır;
- Departamentin Əsasnaməsində nəzərdə tutulan digər səlahiyyətləri və departament direktoru, şöbə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Namizədə tələblər:
- Ali təhsil (Hüquq təhsili);
- Bank Qanunvericiliyinə dair biliklər;
- Ünsiyyət qurma bacarığı;
- MS Office proqramlarında işləmək biliyi;
- Monitorinq və nəzarət etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ hüquqşünas (kiçik mütəxəssis-hüquqşünas, mütəxəssis-hüquqşünas, aparıcı mütəxəssis-hüquqşünas) göstərməyiniz xahiş olunur.