NIKOIL | BANK-la dünyanı səyahət et! | Banco.az

NIKOIL | BANK-la dünyanı səyahət et!

“NİKOYL” İKB ASC cari ilin 31 avqustuna qədər davam edəcək NIKOIL | Səyahət yay əmanət aksiyasına start verir.

Aksiya 2 iyun – 31 avqust tarixləri arasında əmanət yerləşdirən və aksiya müddəti ərzində bankda olan əmanətinin müddətini uzadan bütün əmanətçilərə aiddir. Müştərilər əmanətlərini16%-dək illik faiz dərəcəsi ilə, 1000 AZN/USD/EUR-dan az olmayaraq, 3 aydan 60 ayadək müddətə yerləşdirə bilərlər.

Müştərilər hər biri 1 000 AZN dəyərində olan 15 səyahət kuponu oynanılan lotereyada iştirak hüququ qazanacaqlar. Lotereyanın unikallığı ondan ibarətdir ki, aksiyanın müddəti ərzində 3 tiraj baş tutacaq: 10 iyul, 10 avqust və 10 sentyabr. Tirajların hər birində 5 səyahət kuponu oynanılacaq.

Qeyd etmək istərdik ki, lotereyada bankın mövcud əmanətçiləriiştirak etmək hüququəldə edir. Bunun üçün aksiya müddəti ərzində Bankda olan mövcud əmanətin müddətini 50%-dək artırmaq tələb olunur.