Dövlət səhmli Bank istirahət günləri müştərilərə xidmət göstərəcək | Banco.az

Dövlət səhmli Bank istirahət günləri müştərilərə xidmət göstərəcək

Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi yarışları ilə bağlı ölkəmizə gələn turistlərə, yarış iştirakçılarına yüksək səviyyədə bank xidmətlərinin göstərilməsi məqsədi ilə, istirahət günləri olan 24-25 iyun tarixlərində Azər Türk Bankın  28 may küçəsi, 64/75 ünvanda yerləşən "Bakı" filialı müştərilərə tam iş günü ərzində xidmət göstərəcəkdir.

Dövlət səhmli bank – Azər Türk Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az  saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.