Expressbank bank kartları üzrə “Visa Personal Payments” və “MasterCard MoneySend” xidmətlərini təqdim edir. Bu xidmət vasitəsilə Visa və MasterCard sahibləri 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul göndərə bilərlər.
“DəmirBank”dan pulsuz plastik kartlar!
“DəmirBank” ölkə daxilində və dünyanın 200-dək ölkəsində ticarət və xidmət mərkəzlərində, internetdə və bankomatlarda istifadə imkanı verən DəmirTaksit kartlarını pulsuz təqdim edir.
Unibank-dan saysız-hesabsız bayram sürprizləri
Unibank-dan Müqəddəs Qurban bayramı və Müəllimlər günü münasibəti ilə böyük sürpriz. Ən gözəl bayramları ürəyiniz istədiyi kimi keçirin. Bayrama bayram qatan Unibank, oktyabrın 3-ü və 4-də nağd kreditlərlə bağlı xüsusi kampaniya keçirir. İşindən, peşəsindən asılı olmayaraq hər kəs oktyabrın 3-ü və 4-ü Unibank filiallarına dəvətlidir. Kampaniyanın nədən ibarət olduğunu da elə filiallara gələndə biləcəksiniz.
“AtaBank” kreditlərini Banco.az-da sifariş et!
Banco.az portalı sizə internetdən ayrılmadan kredit sifariş etmək imkanı yaradır. Bu gündən etibarən “AtaBank”ın sərfəli şərtlər ilə təqdim etdiyi kreditləri Banco.az portalıında da sifariş etmək mümkündür. Sadəcə kredit axtar bölməsində istədiyiniz krediti seçin və sifariş edin. Keçid - http://banco.az/az/banks/atabank-0
PAŞA Bank regionu Beynəlxalq maliyyə sənayesi forumunda təmsil edir
Sentyabrın 29-da Bostonda (ABŞ) SIBOS 2014 36-cı Beynəlxalq maliyyə sənayesi forumu start götürüb. Bu, dünyanın iri banklarını, maliyyə təşkilatlarını, maliyyə sənayesi üçün avadanlıq hazırlayanları və təchizatçıları təmsil edən minlərlə nümayəndəni hər il bir araya toplayan ən böyük bank tədbiridir. 2013-cü ildə olduğu kimi, tədbirdə regionun yeganə, eksponent qismində çıxış edən təmsilçisi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankdır.
PAŞA Bankın “İnternet Bank” sisteminə "Asan İmza" mobil elektron imza texnologiyası inteqrasiya edilib
Ölkənin qabaqcıl maliyyə institutlarından biri olan PAŞA Bank "Asan İmza" mobil elektron imza həllini öz “İnternet Bank” sisteminə inteqrasiya edib
Kredit borclarınızı artıq Hesab.az vasitəsilə ödəyin!
Artıq Yapı Kredi Bank Azərbaycan müştəriləri kredit borclarını filiallara üz tutmadan, sıra gözləmədən daha rahat şəkildə ödəyə biləcəklər. Hər zaman sərhədsiz bankçılıq xidməti göstərən Yapı Kredi Bank Azərbaycan və ölkənin ən böyük onlayn xidmətlər portalı olan Hesab.az ilə birlikdə müştəriləri üçün daha asan ola biləcək bir xidmət təqdim edir. Beləliklə, bundan sonra Worldcard və bankın digər bütün növ borclarını hesab.az vasitəsilə ödəmək mümkündür.
Expressbank bank kartlarını pulsuz təklif edir
Expressbank bank kartlar üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə edə bilərlər.