Expressbank istirahət günləri elan edilən 23, 24 və 25 mart tarixlərində müştərilərə xidmət göstərəcək. Qeyd edilən tarixlərdə Expressbank-ın MXD, Yasamal, Mərkəz, Neftçilər, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Xaçmaz və Qusar filialları saat 10:00-dan 14:00-dək işləyəcək.
Bu Novruz unudulmaz olacaq
Novruz bayramını ən böyük səməninin yanında, Kosa və Keçəllə yumurta döyüşdürə- döyüşdürə qeyd etmək istərdinizmi? Üstəlik Kosa və Keçəldən bayram payı almaq lap yaxşı olardı. Bəlkə inandırıcı deyil, amma şəhərə pay yığan yox, böyüklü-kiçikli hər kəsə bayram payı paylayan Kosa gəlib. Özü də Unibankın “28 Mall” Ticarət Mərkəzində təşkil etdiyi bayram şənliyində iştirak edir.
Bank nağdılaşdırma limitini ləğv etdi
“DəmirBank” Novruz bayramı münasibətilə təqdim etdiyi “DəmirTaksit” kartı üzrə nağdılaşdırma limitini martın 27-dək ləğv etdi. Bu limitin aradan qaldırılması müştəriyə kartdakı məbləğin 100 faizini nağlaşdırmaq imkanı verəcək.
Manat əmanətləri üzrə faiz dərəcələrini artırdı
“DəmirBank” “Əmanət çeşidi” programı üzrə əhaliyə təklif edilən “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərinin manat üzrə illik faiz dərəcələrini artırıb. Belə ki, “Göy” əmanət növünün illik faiz dərəcəsi 17% -dək, “Qırmızı” əmanət növünün illik faiz dərəcəsi 14 % -dək, “Sarı” əmanət növünün illik faiz dərəcəsi 11%-dək, “Uşaq” əmanət növünün illik faiz dərəcəsi isə 12 %-dək artırılıb.
PAŞA Bank veb-saytın yenilədi
Azərbaycanın ən iri banklarından biri PAŞA Bank rəsmi veb-saytın yeni versiyasını işə saldı. Sayt beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır, məzmununa görə optimallaşdırılmışdır və istifadədə maksimum rahatdır.
AccessBank-ı Ən Yaxşı Bank elan edilib
Global Finance jurnalı 2015-ci ilin mükafatlandırma mərasimində AccessBank-ı Azərbaycanın Ən Yaxşı Bankı kimi tanıyıb
Bolkartdan Novruz nağdlaşdırması!
Qarşıdan gələn Novruz bayramında Bolkart sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə “Bank of Baku” nağdlaşdırma kampaniyası elan edir. 18-19 mart 2015-ci il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, mayın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 4%-dir (min. 4 azn).