Qısa zamanda çox gəlir əldə etmək istəyənlər üçün Yapı Kredi Bank Azərbaycan yeni bir kampaniyaya start vermişdir. Kampaniyadan yararlanmaq istəyənlər daha çox gəlir əldə etmək üçün Yapı Krediyə əmanət yerləşdirmələri kifayət edir. Bu kampaniyadən əldə olunan gəlirin miqdarının çox olmasından əlavə, daha tez zamanda əldə edilə bilməsidir.
“Sığortalı gənclik” layihəsi Müəllimlər İnstitutunda
14 may 2015-ci il tarixində, “Sığortalı gənclik” layihəsi çərçivəsində Müəllimlər İnstitutunun tələbələrinə sığorta təlimi keçilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTI) təşkilatçılığı və “Buta Sığorta”-nın tərəfdaşlığı ilə keçirilən tədbirdə İnstitutun 70-ə yaxın tələbəsi iştirak edib.
PROPARCO ölkəmizdə biznesin inkişafı üçün FINCA təşkilatına köməklik edir
14 may, 2015-ci il, Bakı və Paris – PROPARCO bu gün FINCA təşkilatının yeni maliyyə tərəfdaşınə çevrilmişdir. Bu təşkilat kiçik biznes sahiblərinin gəlirlərini artırması və yeni iş yerləri yarada bilmələri üçün kredit verilməsi məqsədilə “FINCA Azerbaijan”a yerli valyuta ilə, 11.5 milyon avro məbləğində kredit xətti açmışdır.
“DəmirBank” sürətli pul köçürmələrini həyata keçirir
“DəmirBank” bankda hesab açmadan qısa vaxt ərzində dünyanın 200-dək ölkəsi üzrə sürətli pul köçürmələri təklif edir. Bankın “Western Union”, “Blizko”, “UPT”, “Privat Money”, “Lider” , “Forsaj” və “Şimşək” kimi pul köçürmə sistemləri ilə ölkəxarici və ölkədaxilinə rahat şəkildə pul vəsaiti göndərmək və almaq mümkündür. Bununla yanaşı, müştərilər “DəmirBank”ın təcili pul köçürmə xidmətlərindən istifadə etməklə “Mobil danışıq kartı hədiyyə” kampaniyasından da yararlana bilərlər.
Bank VTB (Azərbaycan)-ın müştəriləri kreditlərini onlayn rejimdə ödəyə biləcək
Bank VTB (Azərbaycan) E-Pul elektron ödəniş sisteminə qoşulub ki, bu da bankın müştərilərinə kredit üzrə borclarını onlayn rejimdə ödəməyə imkan verəcək. Bunun üçün internet istifadəçiləri www.e-pul.az portalında “Bank xidmətləri” bölməsinə daxil olub, “Bank VTB (Azərbaycan)” səhifəsinə keçid aldıqdan sonra ödənişi həyata keçirəcək.
Worldcard-la online alış-veriş et, 3 aya hissə-hissə ödə!
Yay fəslinin gəlişi ilə əlaqədar olaraq, bir çox Worldcard müştərilərinin rahatlığı üçün Yapı Kredi Bank Azərbaycan 8 May tarixindən etibarən yeni kampaniyaya start vermişdir.
Kreditinizi “DəmirBank” dan elektron arayışla əldə edin
“DəmirBank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlamaqla kredit rəsmiləşdirilməsini daha da asanlaşdırıb. Artıq müştərilər elektron arayışdan istifadə etməklə daha rahat şəkildə kredit əldə edə bilərlər. Belə ki, müştəri yalnız şəxsiyyət vəsiqəsilə banka yaxınlaşaraq iş yerindən arayışı və həmçinin kreditin sənədləşdirilməsi üçün digər zəruri arayışları bankda quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər.
Ultel üzrə ödəmələrinizi ExpressPay-lə asanlaşdırın
ExpressPay ödəniş terminallarına Ultel üzrə ödəmələr əlavə olunub. Artıq müştərilər stasionar rabitə, İnternet provayder və IP TV üzrə ödənişlərini ExpressPay terminalları vasitəsilə həyata keçirə bilərlər.