Klirinq— qarşılıqlı tələb və öhdəliklərin hesablanması yolu ilə nağdsız hesablaşmalar sistemidir
Manat ajiotajı bəzi qüvvələrə milyonlar qazandırıb
Devalvasiyadan bir gecədə 300 milyon dollar qazanan qruplaşmalar var.
Expressbank “Kartla al” aksiyasını təqdim edir
Expressbank bank kartlar üzrə MasterCard ilə birgə keçirdiyi “Kartla al” aksiyasını təqdim edir. Aksiya 20 oktyabr 2015-ci il tarixinədək davam edəcək.
Zəngin olmağa kömək edəcək 20 qayda
Amerikan jurnalist Napoleon Hill 20 il ərzində yüzlərlə milyonçudan müsahibə almış və onların davranınış və düşüncə tərzini müşahidə etmişdir. Beləliklə o, uğur formulu tərtib etməyə nail olur. Hillin ilk görüşdüyü milyonçu isə məşhur amerikan milyonçu –messenat Endryu Karnegi olur. Məhz Karnegi ilk dəfə Hillə uğur düsturu haqqında danışır və ona təklif edir ki, qoy o özü də bu düsturu sınaqdan keçirsin.
Bank sektorunda sədaqət proqramları
"Bank Technique"nin baş direktoru vəzifəsini tərk edib
"Bank Technique" ASC-dən kadr axını davam edir.
Banco.az "APA"ya istinadən xəbər verir ki, bankın baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Alik oğlu Axundov öz xahişi ilə işdən çıxıb.
“FINCA Azerbaijan” yenilənmiş korporativ saytını təqdim etdi
“FINCA Azerbaijan” yenilənmiş korporativ veb-saytını yeni ünvanda istifadəyə verib. Müasir dizaynı, innovativ üstünlükləri və istifadədə asan olması ilə fərqlənən yenilənmiş veb-sayt bundan sonra www.FINCA.az ünvanında fəaliyyət göstərəcək.
Brent markalı neftin qiyməti enib
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,29 dollar azalaraq 39,16 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 1,11 dollar azalaraq 44,35 dollar olub.
Qızıl ucuzlaşıb
Amerika fond bazarında Dow Jones indeksi 3,12% - 16 459,75 bəndədək, NASDAQ 3,52% - 4 706,04 bəndədək, S&P 500 3,19% - 1 970,89 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 2,83% - 6 187,65 bəndədək, Fransa CAC-40-ı 3,19% - 4 630,99 bəndədək, Almaniya DAX-ı isə 2,95% - 10 124,52 bəndədək azalıb.
Dollar bahalaşmayıb
Bu gün avqustun 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 24-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0009 manat və ya 0,09% azalaraq 1,0470 manata enib.