Müəllif: Gülnar Əhmədli, Banco.az
Ziraat Bank Azərbaycan cari ilin yanvar-iyun aylarında 11 milyon 591 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 1 milyon 455 min manat və ya 14,4% çoxdur.
Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə "Ziraat Bank Azərbaycan"ın aktivləri 192 milyon 239 min manat və ya 14,1% artaraq 1 milyard 559 milyon 974 min mln. manata çatıb.
Bankın kredit portfeli də bu ilin əvvəli ilə müqayisədə 64 milyon 853 min manat və ya 8,5% artaraq 831 milyon 708 min manata çatıb. Depozit portfeli isə 866 milyon 632 min manata yüksəlib ki, bu da ötən ilin sonunun nəticələri ilə müqayisədə 183 milyon 930 min manat və ya 26,9% artımdır.


Bizi sosial şəbəkələrdən izləyin!!
