Müəllif:Mehin Qasımova,Banco.az
Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu mart ayı üzrə biznes sorğusunun nəticələrini dərc edib.
Banco.az xəbər verir ki, sorğuya görə, Yaxın Şərqdəki gərginlik Almaniya iqtisadiyyatında qeyri-müəyyənliyi dərinləşdirir.
Gələcək biznes inkişafını proqnozlaşdırmaqda çətinlik çəkən şirkətlərin faizi fevral ayında 75,4%-dən mart ayında 78,6%-ə yüksəlib. Bu, Almaniya şirkətləri arasında iqtisadi qeyri-müəyyənlik göstəricisini 2024-cü ilin fevral ayından bəri ən yüksək səviyyəyə çatdırır.
Qeyri-müəyyənliyin ən çox hiss olunduğu sektor 87,7 faizlə istehsal olub. Qeyd etmək lazımdır ki, bu sektorda qeyri-müəyyənlik nisbəti 2021-ci ilin oktyabr ayından bəri 80 faizdən yuxarı qalıb.
Kimya sənayesində qeyri-müəyyənlik nisbəti 95 faizə çatıb, rezin və plastik istehsalçılarında isə bu nisbət 93,9 faiz olaraq qeydə alınıb.
Qeyri-müəyyənlik dalğası xidmət sektoruna da təsir göstərərək 66,6%-dən 72%-ə yüksəlib. Qeyd olunub ki, xüsusilə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin 88,1%-i planlaşdırma problemləri ilə üzləşib. Ticarət sektorunda qeyri-müəyyənlik 84,4 faizə yüksəlib, tikinti sektorunda isə 73,4 faizə çatıb.
