Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 624 min manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 277 min manat və ya 79.8% çoxdur.
Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 34 min manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında bu növ üzrə yığımların məbləği 347 min manat, ödənişlərin məbləği isə 57 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
