Türkiyənin sürət qatarı mayın sonuna qədər ödənişsiz olacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türkiyənin sürət qatarı mayın sonuna qədər ödənişsiz olacaq

Türkiyənin Ankara-Sivas yüksək sürətli qatar xətti may ayının sonuna qədər ödənişsiz olacaq.

Bu barədə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi sosial media hesabında bildirib.

Qeyd edək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.

Məlumat üçün bildirək ki, Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir.

Qatar xətti aprelin 26-da istifadəyə verilib.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram