Tramp Walmart-ın qiymətləri aşağı salacağını açıqladı | Banco.az

Tramp Walmart-ın qiymətləri aşağı salacağını açıqladı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp administrasiyasının xahişi ilə pərakəndə satış nəhəngi Walmart-ın qiymətləri  endirəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp məsələ ilə bağlı sosial media hesabında açıqlama verib.

Tramp bildirib ki, ABŞ-ın ən böyük pərakəndə satış şirkətlərindən biri olan Walmart-a ölkənin 250 illik yubileyini qeyd etmək üçün administrasiyanın xahişi ilə "böyük endirim" təklif edəcəyi barədə məlumat verilib və əlavə edib ki, "Walmart, bir çox digər məhsullar arasında qiymə ətin qiymətini təxminən 15 faiz endirəcək:

"Bu, Amerikanı sevən və həqiqətən vətənpərvər bir şirkət olan Walmart-da alış-veriş edən milyonlarla amerikalı üçün böyük bir hadisədir".

Tramp iddia edir ki, onlar əvvəlki administrasiyanın "tarixin ən pis inflyasiya böhranı ilə" qaldırdığı qiymətləri endiriblər və izah edib ki, vəd edildiyi kimi, neft qiymətləri, yumurta, reseptli dərmanlar və benzinin qiymətləri də düşüb.