Tramp ABŞ aviaşirkətlərinə Livana birbaşa uçuşlara icazə verdi | Banco.az

Tramp ABŞ aviaşirkətlərinə Livana birbaşa uçuşlara icazə verdi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Amerika aviaşirkətlərinin Livana birbaşa uçuşlar həyata keçirməsinə icazə verilməsi barədə göstəriş verdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp bu barədə Livan Prezidenti Cozef Aun ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra sosial media hesabında paylaşım edib.

O bildirib ki, qərar ABŞ ilə Livan arasında hava əlaqələrinin bərpasına xidmət edir.

ABŞ Prezidenti əlavə edib ki, digər ölkələrin də oxşar addım atacağına ümid edir.

Qeyd edək ki, Donald Tramp və Livan Prezidenti Cozef Aun Vaşinqtonda ikitərəfli münasibətlər və regional məsələləri müzakirə ediblər.