BTCC-nin qurucusu və CEO-su Bobbi Li “London Blockchain Week”-ə verdiyi açıqlamada alternativ kriptovalyutalarla bağlı risklərdən narahat olduğunu bildirib. O, xüsusilə şirkətlərin ICO-lar tərəfindən təmin edilən kriptovalyutalara etibar etmədiyindən və hər hansı birinə sərmayə qoymayacağından danışıb.
Bobbi Li “Business Insider” proqramında bunları söyləyib:
“Təəssüf ki, çox köhnə fikirliyəm. Alternativ kriptovalyutalardan və ICO-lardan uzaq dururam. Onlar çox təhlükəlidirlər. Bunlara sərmayə qoymaq məntiqli səslənmir. Bəlkə də gələcəkdə fikrimi dəyişdim, bilmirəm”.
ICO 2017-ci ilin ortalarında inkişaf etdi və o zamandan bəri Blockchain şirkətləri üçün üstün tutulan pul yığmaq formasına gəldi. Şirkətlər ICO-lar sayəsində bu günədək ümumilikdə 4 milyard dollardan çox pul topladı.
Coinmarketcap.com-un məlumatına görə, hazırda bazarda 1491 kriptovalyuta var və yaxın vaxtlarda bazaea çıxarılacaq ICO-lar bu sayı sürətlə artıracaq.
Lakin bu pul yığmaq üsulu heç bir şəkildə tənzimlənmədiyindən, bəzi ərazilər istisna olmaqla, hər kəs ICO-ya investisiya yatırmağı düşünür. Bu, ümumiyyətlə milyonlarla qeyri-adekvat iş planları ilə nəticələnir ki, onların sözlərini yerinə yetirmələri mümkün deyil.
Buna oxşar nümunə olan “Tezos” ən böyük ICO-lardan biridir. 232 milyon dollar qazanıb. Ancaq təsisçilər və digər idarəçilər arasındakı fikir ayrılığı səbəbindən layihə artıq məhv edilib və əvvəlcədən müəyyən edilmiş şərtlərə görə sərmayədarlar geri ödəniş belə edə bilməyəcəkləri duruma düşüblər. “Tezos”-un qurucularına qarşı ABŞ-da bir çox məhkəmədə iddia qaldırılıb.
Linin sözlərinə görə:
“Mən yalnız Bitcoin, Litecoin, Ethereum və Bitcoin Cash-i tanıyır və təsdiqləyirəm. Bu kriptovalyutalardan savayı heç nəyə sərmayə qoymaram və başqalarının da bunu etməsini tövsiyə etmərəm”.
ICO-ları istifadə edərək fırıldaqçılıqla məşğul olunduğuna diqqət çəkən Bobbi Li bu fikirləri bildirib:
“Təəssüf ki, onlardan daha çox olacaq”.
“Alıcıların qarşısının alınması lazımdır. Bu texnologiya iki uclu bir qılıncdır. Yaxşı şeylər vəd edə bilər, ancaq cinayət fikriniz varsa, pis nəticələrə gətirib çıxarar. Bir bifteks bıçağınız varsa, onları bıçaqla kəsə bilərsiniz, amma cinayət xarakterli məqsədiniz varsa, onu insana xəsarət yetirmək üçün istifadə edə bilərsiniz. İnterneti ünsiyyət məqsədilə e-poçt vasitəsi ilə istifadə edə bilərsiniz, ancaq saxtakarlıq üçün də bunu reallaşdırmaq olar. Hər hansı bir yeni texnologiya iki şəkildə istifadə edilə bilər. Problem texnologiyanın özü deyil, onun arxasındakı insanların bundan istifadə edib pis məqsədlər üçün istifadə etməsidir”.
Ən sərfəli kredit üçün müraciət et
Li bu saxtakarlıq fəaliyyətlərini minimuma endirmək üçün tənzimləmənin zəruri olduğuna inanır. Son vaxtlar Benebit-in yaxşı təşkil edilmiş saxta ICO satışından 4 milyon dollar qazandığı və sərmayədarları aldatdığı ortaya çıxdı.
ICO-nun uğurlarında rolu olan bazarlar Çin və Cənubi Koreya saxtakarlıq fəaliyyətinə gətirib çıxaran mexanizmi qadağan etdi. ICO-ların ən böyük bazarını təşkil edən ABŞ müşahidəçiləri də xəbərdarlıqlar etdi və potensial investorlardan riskləri qiymətləndirmələrini istədi. Digər tərəfdən, Cəbbəlütariq kimi ölkələr mübahisəli pul yığma (fandreyzinq) metodlarını tənzimləyə bildilər.
Hər halda “Telegram” kimi şirkətlərdən gələcək ICO hesabatları ilə bu bazar genişlənməyə davam edəcəkdir.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.