Uğur qazanmaq arzusuyla yola çıxılan dinamik, stabil olmayan, bir o qədərdə özünüzü yaradıcı və faydalı hiss edəcəyiniz yer olan startapda çalışmaq üçün hansı xüsusiyyətlərə sahib olmaq lazımdır?
- Təşəbbüskar olmaq – Təşəbbüskarlıq startaplar üçün çox vacib xüsusiyyətdir. Sadəcə təşəbbüskarlıq deyil, eyni zamanda risk almaq, müvəffəqiyyət və uğursuzluğa ortaq olmaq lazımdır.
- Uğur qazanmaq istəyi – Bu istək həddən artıq çox olmalıdır. Hədəfiniz sadəcə pul qazanmaq olmamalıdır.
- Güvənmək – İlk olaraq özünüzə, sonra isə komanda yoldaşlarınıza güvənin. Çünki bu bir komanda işidir və hər kəs eyni məqsəd üçün çalışır.
- Öyrənməyə açıq olmaq – Çünki dünya dayanmadan inkişaf edir və müştəri tələbinə görə dəyişir. Yeni bilgilər əldə edib, daim öyrənməlisiniz.
- Qazanc – Gündəlik qazancınızı deyil, gələcək mənfəətinizi fikirləşməlisiniz.
- Xoşbəxt olmaq – Yeri gəldiyində bir stajçının işini görməli olacaqsınız, yeri gəldiyində isə məsləhət almadan riskli qərarlar verməli olacaqsınız. Sadəcə işləmək deyil, əlavə dəyər qatmaq və işin hər anından xoşbət olmalısınız.
- Komanda səmimiyyəti – Korporativ iyerarxiya olmadan, komanda olaraq yan-yana oturmaq, özünüz olmağınıza imkan verən bir yerdə olmaq startaplarda çalışanlar üçün əsas üstünlükdür.
Pərvanə Aslanova, Banco.az