Müəllif:Mehin Qasımova,Banco.az
Yaponiyanın "SoftBank Group" şirkəti Fransada məlumat mərkəzini genişləndirmək üçün 75 milyard avroya (təxminən 87 milyard dollar) qədər sərmayə qoyacağını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin məqsədi 5 giqavatta qədər əlavə məlumat mərkəzi yaratmaq və idarə etməkdir.
"SoftBank" bu layihəni Avropada ən böyük süni intellekt infrastruktur investisiyası kimi xarakterizə edib.
"SoftBank" qlobal genişlənməsini davam etdirir. Şirkət əvvəllər Ohayoda 9,2 giqavattlıq təbii qaz zavodu ilə işləyən böyük bir məlumat mərkəzi tikmək planlarını açıqlayıb.
