“Sevdiyiniz işə başlamaq heç vaxt gec deyil” - 66 yaşında biznesinə başlamış şəxs kimdir? | Banco.az

“Sevdiyiniz işə başlamaq heç vaxt gec deyil” - 66 yaşında biznesinə başlamış şəxs kimdir?

“Özünü kəşf etmək üçün əsla gecikmiş sayılmırsan.”

Paul Tasner nitqinə bu cümlə ilə başlayır. 40 illik gərgin iş həyatından sonra təqaüdə çıxma xəyalları qurmaq əvəzinə özünü yenidən kəşf edən və nəticədə bir çox şeyi dəyişdirə biləcəyinə inanan insandan bəhs edirik.

Həmçinin oxu: 30 yaşına kimi necə Milyonçu olmaq olar?

Paul Tasnerin TED çıxışı: 

2008 – ci ildə “PulpWorks” adlı bir sahibkarlıq layihəsinə başlayan Tasner, məqsədinin qısaca “dünyanı daha yaxşı bir yerə çevirmək” olduğunu dilə gətirir. Əsl peşəsi sənaye mühəndisliyi olan Paul, təqribən 40 il ərzində müxtəlif sektorlarda işləyib. Uzun müddət qablaşdırma və istehsal sektorunun içərisində olub. Bu sektor onu ətraf mühitlə bağlı araşdırmalar aparmağa sövq edib. Məhz bu nöqtədə onun ətraf mühitlə bağlı narahatlıqları yaranmağa başlayıb.

“Əsl məqsədim, aludəçisi olduğumuz bir dəfəlik istifadə edilən plastik qablaşdırma əvəzinə, kağız, kənd təsərrüfatı məhsulları, hətta parça istehsalı zamanı yaranan tullantılardan təbiətdə zamanla yox olan qablaşdırmaların dizaynına və istehsalına istiqamətlənmiş öz işimi qurmaq idi. Buna ekoloji təmiz texnologiya deyilir və bu mənə çox məntiqli gəlmişdi.”

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: 30 yaşından sonra karyerasını dəyişərək uğurlu olan 11 insan

“PulpWorks” şirkəti məhz Paulun qeyd etdiyi məqsədlər çərçivəsində qurulur. Ekoloji və ticari faydaları ən yüksək səviyyəyə qaldırmaq və buna təşkilatı struktur daxilində nail olmaq üçün çalışılır. Diqqət çəkən digər bir həqiqət isə Paulun bu təşəbbüsü həyata keçirərkən heç kəsdən nümunə götürməməsidir.

“Hazırda həyatımın ən mənalı və faydalı işi ilə məşğulam. Sizə istənilən yaşa uyğun təşəbbüskarlıq cəhdlərinin olduğunu deyə bilərəm... Nümunə götürdüyüm heç kəs olmayıb, xüsusilə də Silikon Vadisi...”

Paul təşəbbüsün fərdi, ancaq xidmətin dünyəvi xarakter daşımalı olduğuna inanır. 

Həmçinin oxu: Neçə yaşında daha uğurlu ola bilərsiniz?

Tamara Mustafayeva, Banco.az