Sərfəli qiymətə aviabileti necə əldə edə bilərik? | Banco.az

Sərfəli qiymətə aviabileti necə əldə edə bilərik?

Müasir dünyada, səyahət edən insanların sayı artmaqdadır. Xüsusi olaraq aviaşirkətlərin təqdim etdiyi xidmətlərdən yararlanan hər kəs daha sərfəli qiymətə olan biletləri əldə etməyə çalışır. Təcrübəli səyyahlar, aviabiletlərin qiymətinə: uçuşu həyata keçirən şirkətin onun təqdim etdiyi komfortun təminatı, mövsümün və zamanlama kimi faktorlarının təsirini bilir.  

Bəs hansı üsullar ilə sərfəli qiymətə aviabilet sahibi ola bilərik?

Mövsüm və həftənin günləri

Mövsüm aralıqlarında səyahət etmək istəsəniz, yay aylarına nisbətən qiymətləri daha münasib qiymətə əldə edə bilərsiniz. Sərfəli bilet əldə etmək üçün, bazar günlərindən qabaq müraciət etsəz, nisbətən baha qiymətlərin olduğunu görəcəksiniz. 

Saat

Əsas olaraq, təyyarənin uçuş saatına diqqət yetirin. Hər kəs gecə yarısı hava limanına getmək və ya səhər tezdən oyanmağı sevmir. Bu bilgilərdən yararlanaraq, pul kisənizdə olan məbləğə hətta qənaət edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Aksiyalar və endirimlər

Eyni zamanda, avia-şirkətlərin təqdim etdiyi aksiya və endirimlərin monitorinqini aparamağdan usanmayın. Endirimlər, sizi sevindirə bilər. 

Daimi müştəri

Əgər siz tez-tez səyahət edir və səyahətinizi bir şirkətə etibar edirsinizsə, bu zaman daimi müştərilər üçün olan endirimlər sistemi ilə maraqlana bilərsiniz. Bu addım sizin büdcənizin artıq xərclərə sərf olunmasından qoruyar. 

Gediş-dönüş marşrutu

Bəzən bileti bir istiqamətdə deyil, gediş-dönüş olaraq bronlaşdırmaq daha ucuz başa gəlir. Bu zaman tranzit reys, sərfəli bronlaşmadan əlavə, getdiyimiz şəhərdə gəzmək imkanı belə verəcək (geri dönüş saatlarını nəzərə alaraq).

Bu cür sadə manipulyasiyalar, müəyyən zamanlarda sizə sərfəli endirimlər və aksiyalardan istifadəni təmin edə bilər. Bununla yanaşı uçuşu həyata keçirən şirkətin təmin edəcəyi digər nuanslara da, diqqət yetirməyi unutmayın.