Saudi Aramco: "Neftə tələbat artacaq" | Banco.az

Saudi Aramco: "Neftə tələbat artacaq"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Saudi Aramco-nun baş direktoru Amin Nasser bildirib ki, strateji neft ehtiyatlarının bərpası zərurəti yaxın 18 ay ərzində neftə tələbatı artıracaq.

Banco.az xəbər verir ki, onun sözlərinə görə, ilin ikinci yarısında neftə tələbatın ilk yarı ilə müqayisədə gündəlik 2 milyon barel artacağı gözlənilir.

Kommersiya və strateji ehtiyatların münaqişədən əvvəlki səviyyəyə qaytarılması isə 2027-ci il və sonrakı illərdə tələbatı daha da yüksəldə bilər.

Nasser qeyd edib ki, Hörmüz boğazındakı böhran səbəbindən qlobal bazar 2,6 milyard bareldən çox neft itirib. Strateji ehtiyatların istifadəyə verilməsi və alternativ neft kəmərləri hesabına xalis itki təxminən 1,8 milyard barelə endirilib. Onun sözlərinə görə, Hörmüz boğazından keçən yük axını hazırda münaqişədən əvvəlki səviyyənin yalnız onda biri qədərdir və tam bərpa üçün aylar lazım olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram