Rusiya taxıl gəmilərini mobil raket sistemi ilə qorumağı planlaşdırır | Banco.az

Rusiya taxıl gəmilərini mobil raket sistemi ilə qorumağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya taxıl gəmilərini mobil raket sistemi ilə qorumağı planlaşdırır.

Banco.az xəbər verir ki, Rusiya Azov dənizi vasitəsilə həyata keçirilən taxıl daşımalarının təhlükəsizliyini təmin etmək məqsədilə ticarət gəmilərinin silahlandırılması məsələsini gündəmə gətirib.

Rusiya hərbi və nəqliyyat qurumlarının nümayəndələri taxıl treyderləri və gəmi sahibləri ilə müxtəlif təhlükəsizlik tədbirlərini müzakirə edirlər. Müzakirə olunan planlar arasında quru yük gəmilərinin müvəqqəti olaraq zirehli lövhələr, qum kisələri, pilotsuz uçuş aparatlarına qarşı torlar, ağır pulemyotlar və mobil raket sistemləri ilə təchiz edilməsi də yer alır.

“Bloomberg”in xəbərinə görə, səfərin ilk mərhələsində avtomat silahlarla silahlanmış hərbçilərin gəmiləri müşayiət etməsi təklifi də irəli sürülüb.

Rusiyanın taxıl ixracının dörddə biri Azov dənizi vasitəsilə həyata keçirilir

Normal şəraitdə Azov dənizi Rusiyanın taxıl daşımalarının təxminən dörddə birini təmin edir. Lakin limanlara, gəmilərə və dəniz nəqliyyatı infrastrukturuna qarşı hücumlar səbəbindən bölgədə ticarət son iki həftə ərzində dayanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram