Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin "İxrac İcmalı"nın fevral sayına istinadla xəbər verir ki, ilk ayda ən çox qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələr bunlar olub:
1. Rusiya Federasiyası (77 milyon ABŞ dolları)
2. İsveçrə (38.6 milyon ABŞ dolları)
3. Gürcüstan (31.6 milyon ABŞ dolları)
4. Türkiyə (31.5 milyon ABŞ dolları)
5. Ukrayna (15.2 milyon ABŞ dolları)
Bizi sosial şəbəkələrdən izləyin!!
