Müəllif: Tamara Mustafayeva, Banco.az
Qətərlə “JPMorgan” arasında 20 milyard dollarlıq tərəfdaşlıq planı.
Banco.az xəbər verir ki, Qətərin suveren sərvət fondu olan Qətər İnvestisiya Təşkilatının (QIA) “JPMorgan” ilə 20 milyard dollarlıq tərəfdaşlıq qurmağı planlaşdırdığı bildirilib.
Mənbələrin məlumatına görə 580 milyard dollarlıq fondun “JPMorgan Asset Management” ilə əməkdaşlığı səhm və kredit bazarlarında həm açıq, həm də özəl bazarları əhatə edəcək. Razılaşma yanvar ayında “Goldman Sachs”ın aktivlərin idarə edilməsi bölməsinə təxminən 25 milyard dollar vəsait ayırmağa razılaşmasından sonra analoji istiqamətdə atılan növbəti addım olacaq.
Mənbələr bildiriblər ki, əməkdaşlıq QIA-nın uzunmüddətli investisiya hədəflərini dəstəkləmək məqsədilə 15 milyard dollarlıq açıq səhm portfelini və ABŞ-də orta ölçülü şirkətlərə yönəlmiş 5 milyard dollarlıq özəl bazar təşəbbüsünü əhatə edəcək.
Tərəfdaşlığın əsas şərtlərini müəyyənləşdirən anlaşma memorandumunun yaxın vaxtlarda açıqlana biləcəyi qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!
