1. Səbrli olun
Pul uzun müddət ərzində qənaət edilib toplanır. Tez geri qaytarmaq üçün əbəs yerə risk etməyin. İnvestisiya qoyuluşu qısa məsafəyə deyil, uzun məsafəyə olan qaçışdır.
2. Nə qədər ki gəncsiz - risk edin
Hələ ki sizin vaxtınız var, qabaqcadan götür-qoy edərək risk etməyiniz normal haldır.
3. Oynamayın
Qumar oynamaq ümidsizlər və kasıblar üçündür. Əgər ehtiyac varsa əylənmək üçün oynayın. Siz qumar oyunları oynasaz heç vaxt pul qazana bilməyəcəksiz.
4. Sağlam olun
Sağlamlıq iti ağıl deməkdir. Sağlam olmaq çox işləməyə imkan verir. Sağlam adamlar daha çox pul qazanırlar.
5. Gülün və gülümsəyin
Xoşbəxt insanlar daha çox pul qazanırlar.
6. Avtomobil alın və onu uzun illər qoruyub saxlayın
Avtomobil bizim həyatımızda ən iri pul xərcidir. İnsanalr yeni maşın üçün həddindən çox xərcləyirlər. İstismarda olmuş avtomobil almaq lazımdır.
7. Hər şeyi lazımi dərəcədə edin
Qidalanmaqdan başlayaraq iş görməyə kimi hər şeyi lazımı dərəcədə etmək lazımdır. Bu, həyatda uğur əldə etmək üçün vasitədir.
8. Lazım olmayan əşyalara pul xərcləməyin
Kolleksiya toplamaq üçün əşyalar almayın, yaxınlığınızda yerləşən supermarketdə satılan lazımsız zir-zibil almayın.
9. Sağlam nikah
Sağlam nikah sizə pul qənaət etməyə kömək edər yaxud nikahınız davamlı deyilsə bu sizin var dövlətinizin əlinizdən çıxmasına gətirə bilər.
10. Hərəkət edin
Aktiv olun. Sizin nə qədər çox dünyagörüşünüz olsa bir o qədər çox biləcəksiz. Siz nə qədər çox bilsəz bir o qədər çox ideyalar əmələ gələcək. İdeyalar nə qədər çox olsa sizin nədə qazanacağınız yaxud nədə qənaət edəcəyiniz şansı bir o qədər yüksək olacaq.