Ölkədə istehsal olunan avtomobillərin sayı açıqlanıb | Banco.az

Ölkədə istehsal olunan avtomobillərin sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-ci ilin yanvar ayında Azərbaycanda 402 ədəd minik avtomobili, 56 ədəd yük avtomobili istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 71.1% (167 ədəd), yük avtomobili istehsalı isə 7 dəfə artıb.

    Qeyd edək ki, cari ilin fevralın ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 244 ədəd minik, 19 ədəd isə yük avtomobili təşkil edib.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram