Ölkə banklarının faiz gəlirləri 3 mlrd. manatı ötüb | Banco.az

Ölkə banklarının faiz gəlirləri 3 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin sentyabr ayının əvvəlinə Azərbaycan bankları 3 milyard 695.1 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 457.4 milyon manat və ya 14.1% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin sentyabr ayının əvvəlinə 3 milyard 238 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram