Müəllif: Tamara Mustafayeva, Banco.az
Külək enerjisində rekord artım qeydə alınıb.
Banco.az xəbər verir ki, Qlobal Külək Enerjisi Şurasının (GWEC) “Qlobal Külək Hesabatı 2026”ya əsasən, quraşdırmalardakı artım külək enerjisinin iri iqtisadiyyatlarda enerji transformasiyasının əsas dayağı olaraq qalmağa davam etdiyini göstərib.
Çin ötən il əlavə etdiyi rekord səviyyədə — 120 giqavatlıq külək enerjisi qurğuları ilə ümumi külək gücünü 640 giqavatdan yuxarı qaldırıb.
Hindistanın 6,3 giqavatlıq rekord artımı isə külək enerjisinin dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından birində əhəmiyyətini daha da möhkəmləndirib.
Avropada Almaniya (quru və dənizüstü layihələr daxil olmaqla) sisteminə 5,7 giqavat külək gücü əlavə edib, Braziliya isə 2,3 giqavatlıq yeni qurğular istifadəyə verib.
Digər tərəfdən, bu dövrdə Türkiyə 2,1 giqavat külək enerjisi gücünü sisteminə əlavə edərək ümumi quraşdırılmış gücünü təxminən 16 giqavat səviyyəsinə çatdırıb və regionda ən fəal quru külək enerjisi bazarlarından biri kimi mövqeyini gücləndirib.
Beləliklə, ötən il əlavə edilən 165 giqavat hesabına qlobal külək enerjisinin ümumi quraşdırılmış gücü 1299 giqavata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
