Kriptovalyuta almaq istəyənlər, bu 8 nüansa mütləq diqqət yetirin! | Banco.az

Kriptovalyuta almaq istəyənlər, bu 8 nüansa mütləq diqqət yetirin!

Trafikdə, mətbəxdə və ya xəstaxanada əməliyyat edərkən…Bir-birindən tamamilə fərqlənən bu 3 anlayışın yeganə ortaq nöqtəsi ”Safety first”, yəni əvvəl təhlükəsizlikdir. Əlbəttə ki, hadisə cərrahiyə əməliyyatındakı kimi ciddi deyil, yenə də bir şəkildə investisiya etdiyiniz və gözünüz kimi baxdığınız Bitcoin-lərin belə etibarsız bazarda əlinizdən çıxmağını görmək sarsıdıcı ola bilər.

Hər kəs səhv edir, hətta ən təcrübəlilər də. Bu səhvləri necə azalda bilərik? Necə çox vaxt yüksəlişdə olan coinləri ala bilərik?

Bu sualın ilk cavabı diqqətli olmaqdır. Ticarət edərkən, bütün diqqəti cəmləşdirməlisiniz. Əslində, bu, həyatdakı digər şeylər kimidir. Buradakı tövsiyələrimizi daha əvvəl başqa yerdə oxuya bilərsiniz, onlar adətən davamlı olaraq söylənilir. Amma sizi bir addım irəli aparan amil bunu necə tətbiq edəcəyinizi öyrənməkdir.

1. Atacağınız hər bir addım üçün məntiqli səbəbiniz olsun

Əgər bir həmlə edəcəksinizsə, şübhəsiz, bunu necə planlaşdırdığınızı dəqiqləşdirin. Unutmayın, bazarda birinin qazanması üçün digərinin itirməsi lazımdır.

Xüsusilə, altcoinlərdə balina hakimiyyəti olduğunu söyləmək mümkündür. Bu balinalar satış və alış sifarişlərinə qoyduğu aşırı yüklü dəyərlər ilə coinin anlıq qiymətində dəyişiklik etmə şansına malikdirlər. Bu balinalar eynilə okeandakı kimi kiçik ekosistemdə kiçik balıqların aldanmalarını gözləyirlər. Əgər o balıqlar kimi davransanız, əsl yemə çevriləcəksiniz. Bir çox təcrübəli investor bəzi günlər işə getmədən çoxlu qazandığını söyləyir. Haqlıdırlar, çünki itirmək riskinizin böyük olduğu işə girməsəniz, əlinizdəki məbləğ dəyişməsə də, bir növ mənfəətli hesab olunacaq.

2. Atacağınız hər bir addım üçün dəqiq hədəfiniz olmalıdır

İstənilən həmləniz üçün özünüzə gəlir və ya itki dərəcəsi müəyyənləşdirməlisiniz. Məsələn, 100 vahidlik bir məhsul aldınız, bu məhsulun yüksəlməsi ssenarisində məhsulun hansı qiymətə (120, 150 və ya 200 vahiddə) satacağınızı və ya eniş olan təqdirdə daha çox itkiyə məruz qalmamaq üçün yenə də hansı qiymətə (90, 80, 60) satacağınızı proqnozlaşdırmalısınız.

Əksər kriptovalyuta ticarəti edən şəxs başlanğıcda səhv edərək sərmayəsini bağladığı coini sevməyə başlayır və ona bağlanır. Bu nöqtədə bütün stop loss səviyyələri yalana çevrilir.

Ənənəvi birjalardakı qiymət dəyişikliyinin 2-3% olduğunu fərz edək. Bu göstərici də bir çox investor üçün qorxuludur. Yəni, kriptovalyuta bazarında hər hansı coinə davamlı etibar etmık mənfi nəticəyə səbəb olur.

3. “Daha çox yüksəlsə, bu şansı qaçıracağam” deməyin

Əslində, bu durumlara xaricdən şahid olunması heç də ürəkaçan deyil. X bir coinə nəzər salaq. Bir anda qiyməti inanılmaz dərəcədə artan coinin qrafikinə və statistikasına baxdıqda böyük artım qazandığımızı təsəvvür edək.

Artım trendində olan coin almasaq belı yüksəlişə davam edə bilər. Bəlkə də həmin andan ticarətini etsək daha çox qazana bilərik, lakin bunun əksi də yaşana bilər. Çünki qeyd etdiyimiz balinanın əsas məqsədi ticarət edən insanları tələyə salıb əllərində olanlaı baha qiymətə satıb ucuz qiymətə yenidən toplamaqdır.

4. Risklərin idarə edilməsi

Bir çox analitik və investora görə, bazardan əldə olunan gəlirlərin əsas meyarı aza qənaət edilməsi faktoru ilə bağlıdır.

Əgər uğurlu bir kriptovalyuta ticarətçisi olmaq və bu işdən pul qazanmaq istəyirsinizsə, əlinizdəki pulları bir neçə dəfə artırmaq üçün cəhd göstərməkdənsə, daha az mənfəət üçün çalışmalısınız. Buna görə, sərmayə portfelinizdəki risk idarəetməsini yaxşı həyata keçirməlisiniz. Əks təqdirdə, zərəriniz də artacaq.

5. Bazarda qiymətlər olduqca dəyişkəndir, bunu nəzərə alın

Xüsusilə, ənənəvi valyutalarla müqyisə olunduqda Bitcoin-in qiyməti eyli dəyişkəndir. Bu durum investorlar üçün narahatlıq yaradır. Altcoinlər Bitcoin-lə müqayisədə fərqli olduğu üçün bu ikilinin əlaqəsi olduqca maraqlıdır.

Bitcoin ciddi qiymət dəyişikliyinə uğradığı zaman bunları etməlisiniz: bu, dumanlı bir havadır. Necə ki, dumanlı havada avtomobil idarə etmək və ya təyyarəni endirmək çətinləşir, bazarda da Bitcoin-in qiyməti ciddi dəyişdisə, ticarət etmək bir o qədər qəliz və riskli olur.

6. Altcoinlər üçün nə etmək lazımdır?

Bitcoini bildik, bəs digərləri nədir? – Üç maddədə altcoinlər

Altcoinlər barədə suallara cavab​

Ən sərfəli kredit üçün müraciət et

Altcoinlər də Bitcoin kimi qiymət baxxımından ciddi dəyişikliklər yaşayır. Hər hansı altcoini alarkən ilk növbədə onu nə qədər saxlayacağınızı düşünün. Hədəflərinizə uyğun altcoin seçin.

Ethereum (ETH), Monero (XMR), Factom (FCT), DASH kimi coinlər ən çox istifadə olunan və ən böyük əməliyyat həcminə malik coinlərdir. Coin almaq istədikdə izləməli olacağınız əsas şey hər hansı bir toplantı, yenilik, yeni birjaya daxil olmaq və digər bu tipli məlumatlardır.

7. ICO-lar haqda bir neçə söz

Bir çox layihə işə başlamazdan əvvəl ICO hazırlayaraq böyük, orta və ya kiçik investora token və ya coinləri daha uyğun qiymətə almağı təklif edər.

Son illər bir çox uğurlu ICO nümunəsi olub. Bəzi ICO-ların qiyməti ilə coinlərin mövcud qiymətini müqayisə etdikdə yaranan fərqlər olduqca diqqət çəkir. Məsələn, “Augur”-un ICO-suna qatılan investorlar əllərindəki aktivlərin 1000 faiz artığının şahidi oldular. Bəs, əvvəlcədən bir ICO-nun uğurlu olacağını necə təxmin edək?

Burada ən vaib məsələ layihənin arxasındakı komandanın keçmiş uğurları, sahələrindəki reputasiyaları və layihənin ciddiliyidir. Əvvəlcə layihənin veb saytına baxın, dizaynı hansı səviyyədədir, ona fikir verin.

Sonra layihənin arxasındakı şəxslərə baxın. Ləqəblər, fərqli adlar, yoxsa real adları ilə bu işə girdiklərini araşdırın. Sonra Bitcoin və ya “Reddit” kimi platformalarda olub-olmadığını öyrənin.

Ən önəmlisi isə daha əvvəl qeyd etdiyimiz risklərin idarə olunmasıdır.

8. Son bir neçə tövsiyə

Əgər zehni və ya fiziki olaraq rahat deyilsinizsə, ticarətə başlamayın. Basqı altında görülən iş əsasən uğursuzluqla nəticələnir.

Konkret hədəf qoyun. Kənarda başqa işlə məşğul olarkən qiymətlərin artıb-azaldığını gördükdə sarsılmayın.

Xüsusilə, böyük xəbər saytları hər hansı bir coin haqda yazırsa, satış üçün real vaxtdır. Həyəcanlanmayın. Düşünmədən qərar verməyin.

Unutmayın, bazarda əbədi olaraq heç kim qazanmır. Ümumi gəlirləriniz ümumi itkilərinizdən çoxdursa, getdiyiniz yol doğrudur.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az