Konfliktdən necə mənfəət əldə etmək olar? | Banco.az

Konfliktdən necə mənfəət əldə etmək olar?

Öz bisnesini inkişaf etdirmək çox ciddi və məsuliyyətli işdir. İndi istənilən fəaliyyət sahəsində böyük rəqabət mövcuddur. Kiçik biznes başda olmaqla bütün şirkətlərin öz rəqibləri var. 

Daimi müştəri tapmaq və onları əldə saxlamaq çox vacibdir. Məhsul və xidmətlərin potensial alıcılarını tapmaq isə daha da önəmlidir. Bu zaman rəqiblərin müştərilərinin ələ keçirilməsi metodu faydalı ola bilər. Bu, xüsusilə də istehlakçı və həmin rəqib şirkət arasında daha əvvəl münaqişə vəziyyəti yaranıbsa, daha əlverişli olur. 

Rəqiblərin müştərilərini cəlb etməklə öz auditoriyanı necə artırmaq olar? 

Hər bir insanın özünün məhsul və ya xidmətlər təklif edən tədarükçüsü var. Təkliflərin müxtəlifliyi sayəsində rəqabət mühiti hər gün böyüyür. Şirkətlər öz müştərilərini əldə saxlamaqda getdikcə daha çox çətinlik çəkdiklərini hiss edirlər. İri biznes rəqibləri ilə müxtəlif yollarla mübarizə aparırlar. Biznesə yeni atılanlara bu yollar bir qədər qəliz görünə bilər. 

Kiçik biznesdə vəziyyət daha sadədir. Baxmayaraq ki, yaxşı nəticə əldə etmək üçün səy göstərmək və səbirli olmaq lazımdır. Hədəf auditoriyasının genişləndirilməsinin ən təsirli üsulu – potensial rəqiblərin işləri barədə rəyləri, şərhləri, o cümlədən onların müştərilərini izləməkdir. 

Günümüzdə məhsul və xidmət istehlakçıları yüksək keyfiyyəti qənaətli formada əldə etmək üçün çox şüurlu şəkildə hərəkət edirlər. Buna görə də hər şüurlu müştəri hərəkət etməzdən əvvəl kiçik bir təhlil aparır, qiymətləri və vədləri müqayisə edir, tədarükçünü yoxlayır və ancaq bundan sonra sifariş verir. 

Ən sərfəli kredit üçün müraciət et

Son zamanlarda alıcıların məhsul və ya xidmətindən narazı qaldıqları şirkətin sosial media səhifələrində mənfi rəy yazmaq tendensiyası mövcuddur. Bu, şirkətin tədarükçü imicini korlayır, eyni zamanda öz auditoriyasını genişləndirmək istəyən şirkətin əlində silaha çevrilir. 

Rəqibi necə araşdırmaq və onun üzərindən pul qazanmaq olar? 

Rəqibi araşdırmaq üçün öncə bütün rəylərin monitorinqini keçirilir. Rəqib şirkətin konflikt yaşadığı müştəriyə daha sərfəli məhsul, yaxud xidmətlər təklif etmək lazımdır. Əsas məqsəd – müştəriyə yaxşı fərdi təklif təqdim etmək və onu bu dəfə hər şeyin başqa cür olacağına, məhsul və ya xidmətdən tam məmnun qalacağına inandırmaqdır. 

Əlbəttə, bu iş əziyyət tələb edir. Amma təcrübə göstərir ki, bir və ya iki müraciətdən sonra müştərilər, həqiqətən, bir şirkəti tərk edib digərinin daimi müştərisi olurlar. Yeni müştərilərin cəlb edilməsinin bu yolu yeni keyfiyyət səviyyəsinə yüksəlmək istəyən kiçik biznes üçün ideal üsul hesab olunur. 

Ən yaxın rəqiblərin təhlili niyə vacibdir? 

Kiçik biznesdə rəqiblərin təhlil olunması öz səhvlərini, hədəf auditoriyasının nə istədiyini anlamağa, böyümək və daha dayanıqlı mövqe tutmaq üçün şirkəti inkişaf etdirmək yollarını fikirləşməyə kömək edir. Rəylərin, tələb və təkliflərin monitorinqinin keçirilməsi biznes dünyasında şəxsi ideyanın yaradılması, həmçinin realizə edilməsi baxımından yararlıdır. 

Nigar Umaxanlı, Banco.az