Məqsədli şəkildə bir işə başlamaq sizin həyatınızı dəyişəcək bir qərara çevrilə bilər. Ancaq düşünməli olduğunuz bəzi məqamlar da var.
Beləliklə, sizi uğurlu işə aparacaq 10 addım:
1. İlham alın.
Bütün işlər kiçik ideyaların böyüməsi nəticəsində həyata keçir. Sizin illərlə arzuladığınız bir işi həyata keçirmək üçün xəyallarınız ola bilər. Mənbəyindən asılı olmayaraq, quracağınız iş biznes ideyası ilə yaranır.
2. Araşdırma aparın.
Böyük ideyalarınızı müəyyənləşdirin və onları reallaşdırmağa çalışın. Siz, həqiqətən də, biznesə qoşulmağa hazırsınızmı? Özünüzü hazır hiss etdiyinizi təsdiqləmək üçün kiçik bir test etməkdən çəkinməyin. Quracağınız işi öncədən araşdırmaq, onun haqqında məlumat toplamaq, növbəti uğurlarınızın təminatına çevriləcəkdir.
3. Plan qurun.
Sizin biznes ideyanızı reallaşdırmaq üçün bir plana ehtiyacınız var. Əgər bir investor və ya maliyyə dəstəyi axtarırsınızsa, yazılı və rəsmi iş planı məcburidir. Ümumilikdə, sizin biznes planınız sizin hədəflərinizi və onların arxasındakı motivasiyanızı, marketinq və maliyyə baxımından məqsədlərinizə çatmağınızın yollarını özündə əks etdirməlidir.
4. Maliyyənizi planlaşdırın.
Kiçik bir biznesə başlamaq üçün elə də çox pul tələb edilmir. Lakin bəzi ilkin investisiyalar tələb edilə bilər. Bunun üçünsə kiçik biznes kreditləri, kiçik biznes qrantlarından istifadə edə bilərsiniz. Siz həmçinin pul kapitalınızın çox az hissəsini istifadə edərək biznesinizi qura bilərsiniz.
5. Biznes strukturunuzu seçin.
Sizin kiçik biznes sahibkarlıq, tərəfdaşlıq, məhdud məsuliyyətli şirkət və ya korporasiya ola bilər. Seçəcəyiniz biznes strukturu sizin biznes adınızdan başlayaraq vergiləri necə ödəyəcəyinizə qədər bütün prosedurlara təsir edəcəkdir.
Siz başlanğıc üçün sadə biznes strukturu seçin və işləriniz böyüdükcə bu strukturda bəzi dəyişikliklər edin.
6. Biznes adınızı qeydiyyatdan keçirin.
Sizin biznes adınız quracağınız işdə çox böyük rol oynayır. Bütün variantlarınızı qarşınıza qoyun və iş adı seçmək üçün öz potensialınıza uyğun bir ad seçin ki, o ad eyni zamanda sizi də xarakterizə etmiş olsun.
Biznes adı seçməzdən öncə domen adı ilə qeydiyyatdan keçməyi unutmayın.
7. Lisenziyalar və icazələr alın.
Sənədləşdirmə işləri biznes qurmağın ən vacib etaplarından biridir. Sizə start -up prosesi zamanı iş üçün müraciət lisenziyaları və icazələr lazımdır.
8. Biznes üçün məkan seçin.
İş yerinizi qurmaq üçün xüsusi bir ofisin olması vacib şərtlərdəndir. Bu eyni zamanda biznes fəaliyyəti üçün də önəmlidir. Siz yer, avadanlıq və ümumi quraşdırmalar haqqında düşünməlisiniz.
9. Mühasibat sistemi seçin.
Kiçik biznes üçün ən vacib məsələlərdən biri mühasibat sistemidir. Mühasibat sistemini hazırlamaq, büdcənizi müəyyənləşdirmək, başqaları ilə iş əlaqələri yaratmaq və vergilərin ödənilməsi məsələsində vacib amillərdəndir. Bu işi ya özünüz edə bilər, ya da quracağınız işə bir mühasib cəlb edə bilərsiniz.
10. Təşviqat aparın.
Biznesinizi qurduqdan sonra müştərilərin cəlb edilməsi prosesinə başlanılır. Siz unikal satış təklifi və ya bir marketinq planı hazırlamalısınız.
Mümkün qədər çox marketinq planları araşdıraraq ən səmərəli təşviq yolunu seçə bilərsiniz.
Beləliklə, ilkin etap üçün atacağınız bu addımlar sizi xəyallarınızdakı uğurlu biznesə aparacaqdır.