Mayın 22-də "Kapital Bank"ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Banco.az xəbər verir ki, yığıncağın gündəliyinə səhmdarlara dividend ödənilməsi məsələsi daxil edilib.
Yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən baş ofisində baş tutacaq.
