“Kapital Bank" kapitalını artırmağa başladı - 15 FAİZ GƏLİR | Banco.az

“Kapital Bank" kapitalını artırmağa başladı - 15 FAİZ GƏLİR

Maliyyə Bazarlarına Nəzarət Palatası "Kapital Bank" ASC-nin səhm emissiyasını dövlət qeydiyyatına alıb.

Bu barədə Palata yanında Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 3 228 410 ədəd imtiyazlı səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Yerləşdirmə tam şəkildə baş tutsa, Bankın nizamnamə kapitalı 40 milyon manat və yaxud 21,5% artaraq 225 milyon 85 min manata çatacaq.

"Kapital Bank" yeni səhmlərinin sahiblərinə illik 15% gəlirlilik vəd edir. Yəni, Bank zərərlə işləsə belə, imtiyazlı səhmlərin hər birinə görə 1,86 manat dividend ödəniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Bankın kapitalının artırılmasına onun səhmdarlarının bu il martın 13-də keçirilmiş ənənəvi illik yığıncağında qərar verilib.

Emissiya Prospekti ilə buradan tanış ola bilərsiniz.

 

© Report