Müəllif:Mehin Qasımova,Banco.az
Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla tarif mübahisəsini müzakirə etdiyini və tərəflərin qarşıdakı həftələrdə danışıqları intensivləşdirmək barədə razılığa gəldiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Karni bildirib ki, ABŞ-ın Kanadadan idxal olunan bəzi mallara 50 faizlik tarif tətVerdanabiq etmək planı əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə, danışıqlar dərhal sürətləndiriləcək, lakin bu istiqamətdə atılacaq addımların detalları hələ açıqlanmayıb.
Baş nazir vurğulayıb ki, əgər yeni tariflər qüvvəyə minərsə, Kanada buna cavab olaraq bütün mümkün variantları nəzərdən keçirəcək.
Karni ABŞ-ın qərarını Vaşinqtonun son dövrlərdə həyata keçirdiyi birtərəfli ticarət tədbirlərinin davamı kimi qiymətləndirərək, bunun Kanada–ABŞ–Meksika Sazişinin (CUSMA) ruhuna zidd olduğunu bildirib.
