Planetdə hər kəs iş axtarır. İş axtarmaqda yeni olanlar şirkət haqqında yaxşı tədqiqat və özünü effektiv təqdimetmə ilə müsahibədə mütləq uğuru qarantiləyə bilərlər.
Bu məqaləmizdə müsahibəyə dəvət olunarkən nələrə diqqət etməyiniz barədə söhbət açmışıq.
İlk başlanğıcda
Atalarmızın bir deyimi yada düşür, “halva-halva deməklə ağız şirin olmur”. Yəni yaxşı müsahibə üçün, yaxşı hazırlıq gərəklidir.
Vəzifə və şirkət bir kənara dursun, ümumiyyətlə yaxşı müsahibə hazırlığı sizə özünəgüvən verəcək, gəlin etiraf edək ki, heç kim müsahibədə istəmədiyi süprizlə qarşılaşmaq istəməz.
Yəqin ağlınıza belə bir sual gəlib, hazırlaşaq amma necə? Tamam bu sualınıza aşağıdakı kimi cavab verirəm
- Müsahibəyə getdiyiniz şirkəti araşdırın. Hər şeyi detalları ilə öyrənin ki, müsahibə götürən sizə şirkət barəsində sual versə, ağzınız açıq qalmasın.
- Şirkətdə hansı vəzifə ilə məşğul olacağınızı öyrənin. Yəqin istəməzsiz ki, müshahibədən sonra istəmədiyiniz bir vəzifə üçün tər tökəsiniz.
- Ünvanın dəqiqliklə müəyyən edin.Bu işin kuliminasiya nöqtəsidir. Çünki ünvanı bilməmək, bütün müsahibənin kabusa dönüşə bilməsinə bərabədir. Əgər ünvanı dəqiqliklə öyrənməmisinizsə müsahibədən əlinizi üzün.
- Yaxşı geyinin. Əslində siz nə toya gedirsiniz, nə də ki marketdən çörək almaya. Sayılıb seçilən bir şirkətin müsahibəsinə gedirsiniz, ona görə də həmin şirkətə uyğun paltar seçin.
- Müsahibə götürənin soruşa biləcəyi sualları fikirləşin.
- Müsahibənin sonunda cavab verə biləcəyiniz suallara oturub hazırlaşın
Əgər yuxarıdakıları hələ də başa düşməmisinizsə, ayrılıqda hər birinə baxmağı təklif edirəm.
Müsahibəyə bir həftə qalmış əvvəl
Şirkəti araşdırmaq
Ümumiyyətlə müsahibə götürən qarşısındakı şəxsdən ya şirkətin nə etdiyinə dair məlumatlı olmasını ya da ki, yaxşı araşdırma qabiliyyəti olması gərəkdiyini gözləyir.
Şirkəti araşdırmaq dedikdə şirkətin əhatə dairəsi, müştərilərinin kim olması, bazarda əsas rəqiblərinin kim olması, şirkətdə son xəbərlər və ya planlar haqqında məlumatlar nəzərdə tutulur. Daha çox bu məlumatları şirkətinizin internet səhifəsindən almağınızı məsləhət görərdim.
Əgər yuxarıdakı məsələlər haqqında məlumatınız varsa, yəni siz şirkətin nə etdiyinə dair həqiqətən bir maraq göstərmisinizsə onda söhbətiniz bal kimi gedəcək.
Vəzifə səlahiyyətlərini oxuyun
Uzun sözün qısası işin təsviri sizin ən yaxşı dostunuzdur. Çünki o sizə göstərir ki, getdiyiniz bu yol sizin üçün uyğundurmu yoxsa yox.
Vəzifəni və tələb olunan şəxsi keyfiyyətləriyaxşı incələməknəinki iş haqqında sizə daha çox məlumat əldə etməyə köməklik edəcək, həm də şirkətin necə bir işçi axtardığını müəyyən etmiş olacaqsınız.
Müsahibə formatını müəyyən edin
Müsahibə götürən şəxs sizdən birəbir və ya qrup müsahibəsi, vəzifə üçün xususi testlər, psixoloji suallar kimi bir neçə formada müsahibə ala bilər. Bunlar üçün bir-birindən fərqli hazırlıq görməlisiniz.
Əslində yuxarıdakılar müsahibəyə dəbət edildiyinizdə izah olunacaq, amma əgər lazımsa bu barədə məlumat əldə etməyin ziyanı yoxdur. Sizin əhatə dairənizdə olan insanlardan müsahibə prosesinin necə getdiyini soruşun və onların gözləntilərini müəyyən edin.
Müsahibə götürən şəxsin kim olacağını axtarmaq və onun şirkətdə vəzifəsini müəyyən etmək bir sıra xoşagəlməz hadisələrin qarşısını alacaq. Belə məlumatları ya şirkətin internet səhifəsindən, ya da Likedln üzərindən əldə etsəz yaxşı olar.
Qeydlər götürün
Təəssüf ki siz münəccim deyilsiz, hər müsahibənin sonun təxmin edəsiniz.
Əzbərçilik etmək əvəzinə, təklif edərdim ki, sizin iş üçün uyğun bacarıqlarınızı, iş təcrübənizi əks etdirən bir siyahı hazırlayardınız. Sizə ünvanlanacaq hər bir sualda, müsahibə götürən siyahı vasitəsi ilə qısa məlumat əldə etmiş olacaq.
Bu yolla, gözlədiyiniz suallar olmasa belə, sizin üçün ən uyğunu nədirsə müsahibə götürən şəxs onu soruşacaq.
Müsahibədən bir həftə öncə
Hazırlığın böyük bir hissəsini müsahibədən bir gün öncəyə qədər bitirməyiniz , həmin gün heç nə etməməyiniz anlamına gəlmir.
Müsahibədən bir gün öncə aşağıdakıları edin.
- Geyinəcəyiniz paltarı üzərinizdə yoxlayın
- Şirkətin yerini xəritədə tapın
- Nə qədər yol getdiyiniz müəyyən etmək üçün həmin yeri səyahət edin
- Önəmli sənədlərinizi ( CV, sertifikatlar və digər kvalivikasiyalarınız) çantanıza qoyun. Əgər çantanız yoxdursa , təcili çanta tapın.
- Araşdırdığınız məlumatları oxuyub, gözdən keçirin
Yuxarıdakıların hamısını müsahibədən bir gün öncə etmək, müsahibə günü daha az stresli olmağınız deməkdir.
Geyiminizdən əminsiniz, hara getdiyiniz bilirsiniz və bütün sənədləriniz çanatanızdadır. Daha nə istəyirsiniz?
Müsahibə günü
Müsahibəyə hazırsınız. Tək edəcəyiniz iş, müsahibə ediləcək şirkətə tam vaxtında gedib təqdimatınızdan yaxşı istifadə etməyinizdir.
Müsahibəyə sizin üçün təyin olunan vaxtdan 15 dəqiqə tez gəlmək istəyirsinizsə, hər hansı bir səbəbə görə vaxtında çata bilmirsinizsə müsahibə götürən şəxsi mümkün olduğunca tez məlumatlandırdığınıza əmin olun.
Xəzər Aslanov, Banco.az