İşçiləri motivasiya etməyin 4 üsulu | Banco.az

İşçiləri motivasiya etməyin 4 üsulu

İş yerinin sütunu olan işçilər sayəsində iş böyüyür və inkişaf edir. Buna görə də işçilərin motivasiyası əsas şərtdir. Motivasiyası olan işçi işə daha məsuliyyətlə yanaşır. İşəgötürənlərin diqqət etməsi lazım olan ən vacib məsələlərdən biri də yaxşı bir idarəçi olmaq və işçiləri motivasiya etməkdir. Bu motivasiya ilə işlər yaxşılaşır və şirkət gözləniləndən daha çox uğur qazanır. Bəs işçiləri necə motivasiya etmək lazımdır?

Ədalətli maaş

Əməkdaşları motivasiya etmək üçün ilk yol əmək haqqıdır. İşçilərin əmək haqqı qaldırıldıqda daha yaxşı çalışırlar. İşçilərinizə maaş baxımından nə qədər dəstək olsanız, işçi daha çox əmək qabiliyyətli olacaq. Burada ədalətli olmaq daha vacibdir. Eyni işi edənlərin maaşları arasında böyük fərq varsa, bu işçilərə mənfi təsir göstərə bilər.

Səhvləri düzəltmək

Heç kim məqsədli səhv etməz. Bu iş yerinə də aiddir. İşçinin hər bir səhvinə qarşı onu daim tənqid etsəniz, bu mənfi təsir göstərər. Hər kəsin bildiyi bir söz var; stress uğurun qarşısını alır. Stresli bir işçi daha çox səhv edir. Stress yerinə onu idarə etməyə çalışın, motivasiya itkisi olmasın.

Ən sərfəli kredit üçün müraciət et

Rahat iş yeri

Ortalama 8 saat iş yerində qalırıq. Hətta evdən də çox vaxt sərf etdiyimiz iş yerində rahat olduqda, daha çox motivasiya olarıq. Sosial media tez-tez Facebook və ya Google kimi şirkətlərin iş mühitini paylaşır. Dünya nəhəngləri olan bu iki şirkət, hətta işçilərinə oyun otağı da yaradıb. Bu zaman işçilər evə gəldikləri kimi hiss etdikləri üçün bir zərurət hiss etmir və işə həvəslə gəlirlər. Bu vəziyyət işçinin motivasiyasını artırır.

Dəyər hissi

İşçilərə qayğı göstərdiyinizi hiss etdirməlisiniz. Hansı vəziyyətlərdə narahat olduğunu və ya əhvalının pis olduğunu bilməyiniz lazımdır. Hətta onun ad gününü unutmamanız özünü daha dəyərli hiss etməsinə imkan verəcək.

Məhz bu şərtlərə əməl edən menecerlər sayəsində şirkət böyüyür və müvəffəqiyyət qaçılmaz olur.

Pərvanə Aslanova, Banco.az