Müəllif:Mehin Qasımova,Banco.az
İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə iştirak etdiklərinə görə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və İordaniyadan təzminat tələb etdiklərini bildirib.
Banco.az xəbər verir ki, İran dövlət televiziyası Səid İrəvaninin məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının rotasiyalı sədrliyinə göndərdiyi məktubu yayımlayıb.
Məktubda xatırladılır ki, İran Silahlı Qüvvələrinin yuxarıda adı çəkilən ölkələrin ərazilərinin ABŞ-İsrail hücumları üçün istifadəsinə dair monitorinq və qiymətləndirmə hesabatlarına əsaslanan dəlillər əvvəllər Şuraya təqdim edilib.
İrəvani İran təcavüzkarların (ABŞ-İsrail) həmin dövlətlərin ərazilərindən istifadə etdiyini və bəzi mülki hədəflərə qarşı qanunsuz hücumlarda birbaşa iştirak etdiyini bildirib.
Bu beş ölkənin beynəlxalq öhdəliklərini pozduğunu iddia edən məktubda, İrana dəyən bütün maddi və mənəvi zərərləri kompensasiya etməli olduqları vurğulanır.
