İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı faiz dərəcələrini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi 1-ə qarşı 8 səslə faiz dərəcələrini dəyişməmək barədə qərar qəbul edib.

Bankın baş iqtisadçısı Hu Pill faiz artımı istiqamətində səs verən yeganə üzv olub. Digər üzvlər isə növbəti iclaslarda Pillə qoşula biləcəklərinə dair siqnallar veriblər.

Endryu Beyli bildirib ki, Böyük Britaniya iqtisadiyyatında müşahidə olunan zəifləmə meyli nəzərə alınmaqla faizlərin mövcud səviyyədə saxlanılması “məntiqli seçimdir”. Bununla belə, Beyli enerji təchizatında davam edən ciddi pozuntuların baş verməsi halında faiz dərəcələrinin artırılmasının zəruri ola biləcəyini qeyd edib.

İranla davam edən müharibənin yaratdığı qeyri-müəyyənlik səbəbindən İngiltərə Mərkəzi Bankı əsas inflyasiya proqnozunu ləğv edib. Bunun əvəzinə enerji qiymətlərinin dinamikasından asılı olaraq üç fərqli ssenari təqdim olunub.

İnflyasiyanın ilin sonunda 3,7 faiz səviyyəsində pik həddə çatacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram