Müəllif: Tamara Mustafayeva, Banco.az
"HSBC" dollar/TL məzənnəsi proqnozunu yüksəldib.
Banco.az xəbər verir ki, “HSBC” türk lirəsi ilə bağlı son hesabatında valyuta məzənnəsi üzrə proqnozlarına yenidən baxıb.
Bank daha əvvəl 48 səviyyəsində proqnozlaşdırdığı ilin sonu üzrə dollar/TL məzənnəsi gözləntisini 50-yə yüksəltdiyini açıqlayıb.
“HSBC”nin Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə valyuta strateqi Murat Toprak tərəfindən hazırlanan və mayın 19-na aid olan hesabatda bu dəyişiklik üçün əsas səbəb kimi gözləniləndən yüksək inflyasiya göstəriciləri və cari əməliyyatlar hesabındakı kəsirin genişlənməsi göstərilib.
Hesabata əsasən, 2026-cı ilin ilk dörd ayında inflyasiyanın 14,6 faiz artması mövcud valyuta siyasəti üzərində ciddi təzyiq yaradır.
Türkiyə Respublikası Mərkəzi Bankının 2026-cı ilin sonu üzrə inflyasiya proqnozunu 18 faizdən 26 faizə yüksəltməsi isə dezinflyasiya prosesindəki çətinlikləri ortaya qoyur.
Bizi sosial şəbəkələrdən izləyin!!
