Bəzi insanlar var ki, onları həyatımızda saxlamağın bizim üçün bir xeyri olmur. Yəni sadəcə yer tutur, ya da ki çoxluq yaradır. Odur ki, bu gün həmin insanlardan söz açacayıq. Bilirəm, həmin insanlar bəlkə də aşağıdakı kateqoriyalara malik olsa da, siz onlara silmək istəmirsiniz. Amma bu sadəcə bir tövsiyyə xarakterli məqalədir, yəni siz silmək istəməsəniz bunu rahatlıqla edə bilərsiniz. Bir şey də qeyd edim ki, aşağıdakı xususiyyətləri daşıyan insanlar ətrafımızda çoxdur. Əslində onları hər gün müşahidə edirik və ya hər gün görürük. Bəs bu insanlara qarşı nə etmək lazımdır, təkcə onları həyatdan çıxartmaq düzgün yoldurmu?, təbii ki yox. Onların sizə göstərdiyi davranışı siz də onlara edə və ya onlarla əlaqəni getdikcə azalda bilərsiniz. Şəxsən mən öz təcrübəmdə əlaqəni getdikcə azaldıram. Çünki bu hər iki tərəf üçün də yaxşı olur.
Bəlkə də sizin bu davranışlarınızdan sonra onlar da öz səhvlərini biləcəklər və sizə qarşı olan münasibətləri dəyişəcək. Bundan sonra artıq sizin həyatınızda bir məna ifadə etməyə başlayacaqlar. Bəs sözü gedən insanlar hansı insanlardır?, hansı insanları həyatımızdan çıxartmaq bizim üçün faydalı olar. Gəlin başlayaq.
1) Sən əlaqə quranda ancaq əlaqə quran, sən yazmayanda yazmayan, zəng etməyəndə etməyən, görüşməyəndə görüşməyən insanları həyatından çıxart.
2) Bir insandan nəsə öyrənmirsənsə, o insanın sənin həyatında olmasının bir mənası yoxdur.
3) Əgər qarşındakı şəxs başqa insanların sirlərini sənə danışırsa, onla əlaqəni mütləq kəs, çünki sənin sirrini də digərlərinə aça bilər.
4) Müzakirə etməyi bilməyən, dinləməyən, öz fikrini ancaq sizə yeritməyə çalışan insanlarla danışacaq bir şeyin olmamalıdır.
5) Ancaq vaxtının olmamasından şikayətlənən, söhbət etmək istəyəndə vaxtım yoxdur, yorğunam, işim çoxdur tipli klassik cümlələr işlədən insanlara vaxt ayırma.
6) Mən beləyəm deyib, dəyişmək istəməyən, bütün işlərdən baş qaçıran şəxslərə yaxın durma.
7) Ancaq öz problemlərindən danışan, dərdlərindən başqa bir mövzu aça bilməyən insanlardan uzaqlaş.
8) Nə etsəndə gülməz, mimikası belə tərpənməz. Belə insanlar səni ancaq demotivasiya edəcək, qaç ordan.
9) Səndən ancaq alar, amma verməyə gəldikdə isə ancaq sevgidən, puldan dəm vurar. Belə insanla el arası göy deyirik.
10) Özü edə bilmədiyi üçün sənin paxıllığını çəkər, hətta sənin rüşvətlə və ya başqa şeylərlə onu bacardığına aid şər atar. Canını sıxma, onun dərdi özüylədir.
11) Xəyallarını dinləməyəni, kədərinə və ya sevincinə ortaq olmayanları boş yerinə həyatında saxlama