Hesablama Palatasına yeni aparat rəhbəri təyin olunub | Banco.az

Hesablama Palatasına yeni aparat rəhbəri təyin olunub

Hesablama Palatasında elan edilmiş daxili müsahibədən müvəffəqiyyətlə keçmiş Nəsir Sadıqov qurumun aparat rəhbəri vəzifəsinə təyin edilib.

Məlumata görə, N.Sadıqov Hesablama Palatasında əmək fəaliyyətinə 2009-cu ildən başlayıb, 2016-cı ildən isə Hüquqi təminat və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. O, yeni vəzifəsində bir qədər əvvəl pensiyaya çıxmış Məhəmmədəli Süleymanovu əvəz edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram