Hər kəsin yaşadığı 6 peşmanlıq | Banco.az

Hər kəsin yaşadığı 6 peşmanlıq

Hər kəs məşğuldur. Hər kəsin bir məşğuliyyəti vardır. Həyatı sürətli yaşayırıq. Və bu həyatda hər zaman qarşımıza əngəllər çıxa bilir. Bəzən etməyə məcbur olduğumuz şeylər olur, bəzən öz istəyimizlə etdiklərimiz. Amma əsas olan etdiklərimizin nəticələridir, çünki həyatımıza yön verən qərarlarımız və nəticələrimiz olur. Bəzi qərarlar yaxşı olduğu qədər, bəzi qərarlar da çox peşmanlıq hiss etdirir. Peşmanlıq hissi həmişə sonradan ortaya çıxan hissdir. Biz qərar verərik, nəticəni gördükdən sonra peşman olub-olmama hissi keçirərik. Əgər peşman olmaq istəmiriksə, doğru qərarlar verib, doğru addımlar atmalıyıq.Çalışın gec olmadan dəyişə bildiyiniz qərarları dəyişin.

  1. Sevgidən başlayaq. Çünki həyatın hər anında sevgi var. Əksər insanın həyatında baş verən ən böyük peşmanlıqdır. Ola bilər ki, sevmədiyimiz birini tərk etmişik, ola bilər bizi tərk ediblər. İnsanın, həqiqətən, sevəcəyi birisini tapmaq çox çətindir. Hələ onunla keçirdiyiniz xüsusi anlar daha əvəzedilməz olur. Bu hissləri geridə qoymaq asan ola bilər, amma bu da var ki, görəsən bir dəfə yaşayacağınız bu ömürdə bir daha elə sevə biləcəksiniz?
  2. Başqalarının sizin üçün nə düşündüyü çox önəmlidir? Əgər elədirsə, qərarlarınızı da başqaları versin. Sizin üçün unudulmaz olan zamanları başqalarına görə pozmayın. Komplekslərinizi bir ilin hər hansısa gününə həbs edin.
  3. Ailəsi, yaxın dostu, dəyər verdikləri ilə illərlə danışmayan insanlar var. Düşünürsünüz ki, xəta qarşı tərəfdədi. Düşünürsünüz ki, onlar edə biləcəyi hər şeyi ediblər. Düşünürsünüz ki, artıq yorulublar və mənasızdı. Düşünürsünüz ki, elə qarşı tərəftə sizi vecinə almır.  Olsun. Həmin insanı torpağa təhvil verərkən eyni şeyləri bir daha düşünərsiniz. Amma bir faydası olmaz.
  4. Çox insanla onların təhsili barədə danışmışam. Bəziləri məktəbi yarıda qoyub, bəziləri yaxşı qiymətlərlə bitirib. Dünyanın hər yerində təhsilli insan, digər insanlardan fərqlənir. Təhsilini yaxşı dərəcə ilə bitirən insanlar həm işlərində yuxarı vəzifədə, həm ətrafındakılar arasında çox hörmətli olar. Düşünün ki, hal hazırda elə bir dövrdə yaşayırıq ki, insanlar zorla özlərinə hörmət qoydururlar. Amma insan sadəcə öz həyatını düşünsə, gələcəyini düşünsə başqalarıda ona hörmət qoyar. Siz bu mövqeni təhsillə qazana bilərsiniz. Hələ gec deyil. Başlamamısınızsa elə indi başlayın.
  5. Heç kəs sağlamlığında problem yaranmadığı müddətcə sağlamlığını düşünməz. Gərək bir şey yaşansınmı ki, ağlımıza sağlamlığımız gəlsin? Maraqlısıda odur ki, özümüzə söz veririk ki, əgər sağalsam daha yaxşı işlər görəcəm. Bizə önəmsiz gələn şey gündəlik həyatdaki kiçik mənfilərimizdir. Onlar yığılır və nəticə böyük peşmanlıq olur. Nə qədər ki, sağlamlığınızı itirməmisiniz, tez tez nəzarət edin ki itirib əziyyətli həyat yaşamayasınız.
  6. İş həyatınızla ailənizi necə ayırırsınız? Həm iş ilə, həmdə ailəniz ilə keçirəcəyiniz şam yeməyi eyni gündə olarsa hansını seçərsiniz? Əksər insan iş ilə keçirəcəyi şam yeməyini seçir. “Eybi yoxdur, ailəmlə həftəsonu da görüşsəm olar” düşüncəsi hərkəsə normal gəlir. Həftəsonu aylara çevrilir, aylar ilə, illər əsrlərə. Heç düşünmüsünüz ki, ya həftəsonu gəlməsə, ya gəlsə ama gözlədiyiniz kimi gəlməsə. Siz başa düşürsünüz nə demək istədiyimi...

Həyatda nəyisə gecikdirmək və ya yanlış addım atmaq insanın öz iradəsi ilə bağlıdır. Odur ki, nə gec qalmayın, nə arxa plana atmayın, nə də qorxmayın. Ən çox peşmançılıqlar qorxunun nəticəsidir. Həyatın dadını çıxartmaq üçün hər şeyə vaxtında göz gəzdirin. Unutmayın ki, keçmişi dəyişdirmək olmaz, amma bunu oxuduğunuz andan sonraki hər saniyə sizin əlinizdədir. Yaxşı dəyərləndirin.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc Hüseynova, banco.az