80-ci illərdə oğlu ilə birlikdə çöllərdə yaşayan Amerikan biznesmeni Chris Gardner 60 milyon dollarlıq sərvəti ilə bizə ümidini heç vaxt itirmə deyir. Yəqin The Pursuit of Happiness filminə baxmısınız, baxmayanlara mütləq tövsiyyə edərdim ki baxsınlar. Əslində Will Smithin rol aldığı Gardner obrazında baş verən bütün hadisələr realdır.
Atasının kim olduğunu heç vaxt bilməyən Gardner anası və ögey atası ilə böyüyüb. Atası sərxoşun biri idi, hər gün çoxlu miqdarda spirtli içki qəbul edib, anasını və Chiris döyərdi. Anası , ögey atasını öldürməyə cəhd etdikdə Chiris uşaq evinə yerləşdirdilər.
Anam, köhnə düşüncəli biri idi, mənə həmişə deyərdi ki, bacarmaq inanmaqdan başlayır. Əgər inansan bacaracaqsan, mən də inandım və bacardım.
Əslində onun motivasiya dolu hekayəsi 27 yaşında başlasa da o uşaqlığını aşağıdakı ifadələrlə təsvir edir.
Bir uşağın, çəkməli olmadığı bütün dərdləri çəkmişdim. 5 yaşında ikən özümə belə bir söz verdim. Mənim uşaqlarım atalarının kim olduqlarını biləcək. Onda sonrası isə məlumdur.
Birjaya marağı avtoparkda gördüyü qırmızı Ferrari maşını ilə başlayıb.
1974-cü ildə tibbi cihazlar satmaq üçün San Fransiskoya gedir. Burada avtoparkda qırmızı bir FERRARİ görür, çox xoşuna gəlir. Sahibini tapıb necə aldığını soruşur. Elə təsadüfən maşının sahibi Bob Bridges birja işi ilə məşğul olur və Chirisin diqqətini bu sahəyə yönəldir.
Bob Bridges, Gardnera bir şirkətdə təcrübə təşkil edir, təcrübədən sonra parkinq cəzalarını ödəyə bilmədiyi üçün həbs olunur. Sonrasında maddi vəziyyəti getdikcə pisləşir. Özünün dediyinə görə təxmini bir il küçələrdə qalır, özü də tək yox bir neçə aylıq olan oğlu Cristopher Gardner ilə .
27 yaşında olarkən təcrübə keçdiyi yerdə həm də brokerlik dərslər alırdı, ancaq maddi vəziyyəti o qədər pis idi ki, evin kirayə pulunu belə ödəyə bilmirdi. Sonra onu həyat yoldaşı tərk edir və oğlu ilə birlikdə küçələrdə yaşamağa başlayır. Oğlu ilə birlikdə qatar stansiyalarında, parklarda, kilsələrdə qalırdı. Aş evlərində qarınlarını doyurmaq məcburiyyətində idilər. Onun qazandığı pul yalnız oğlunu uşaq bağçasına göndərməyə çatırdı.
Bütün bunlara baxmayaq heç vaxt vaz keçmirdi, təcrübə müddətini tamamlayaraq işlədiyi şirkətdə tam ştatlı işə girdi. Artıq qazandığı pul ev kirayəsini ödəyirdi, Karyera pilləkənlərini addımlaya-addımlaya 1987-ci ildə Gardner&Rich konsaltiq şirkətini yaradır. Baş mərkəzi Çikaqo olan şirkətin Nyu Yorkda və San Fransiskoda fillialları mövcuddur.
2006-cı ildə yazdığı The Pursuit of Happiness kitabı hər kəsin marağını çəkir, həmin il həmin ad ilə film çəkilir. Bu film sayəsində Will Smith ən yaxşı kişi aktyor Oskar mükafatına namizəd olmuşdur.
Bu gün Gardner 60 milyon dollarlıq sərvəti olan 64 yaşlı şəxsdir. O evsizlər üçün kömək edir, qadınlara şiddətin qarşısının azalması üçün tədbirlər keçirir. Onun həyat fəlsəfəsi aşağıdakı ifadədir.
Uşaqlığım alın yazım olsa idi, indi həyat yoldaşını döyən daima alkoqol qəbul edən əyyaşın biri idim. Mən anamın səsini dinləyərək qaranlığı yox işığı seçdim.
Xəzər Aslanov. Banco.az