Müəllif:Mehin Qasımova,Banco.az
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Hörmüz boğazındakı gərginliyin qlobal ərzaq sistemi üçün ciddi risklər yarada biləcəyi barədə xəbərdarlıq edib.
Banco.az xəbər verir ki, FAO-nun hesablamalarına görə, mövcud vəziyyət davam edərsə, növbəti 6-12 ay ərzində ciddi qlobal ərzaq qiymətləri böhranı baş verə bilər.
Məlumata görə, Ticarət yolları və ərzaq təchizatı üçün təcili koordinasiyaya ehtiyac var. Dərc edilən qiymətləndirmədə hökumətlər, beynəlxalq maliyyə qurumları və özəl sektor arasında sürətli koordinasiyanın zəruriliyi vurğulanıb .
FAO alternativ ticarət yollarının yaradılmasına, ixrac məhdudiyyətlərindən yayınmağa, humanitar yardım axınlarının qorunmasına və artan nəqliyyat xərclərinə qarşı bufer mexanizmlərinin tətbiqinə çağırıb.
FAO Ərzaq Qiymətləri İndeksi aprel ayında enerji qiymətlərinin artması və Yaxın Şərqdəki münaqişələrin təsiri ilə ardıcıl üçüncü aylıq artım qeydə alıb .
