Expresso vs Bolkart Gənc Debet - MÜQAYİSƏ | Banco.az

Expresso vs Bolkart Gənc Debet - MÜQAYİSƏ

Bütün dünyada olduğu kimi Azərbaycanda da nağdsız əməliyyatlara maraq artmaqda davam edir. Bu da paralel olaraq, plastik kartlara olan təlabatı artırır. Hal-hazırda bütün banklar müştərilərinə plastik kartdan istifadə imkanını təqdim edir. Lakin faiz qazandıran plastik kartlar isə çox az bank tərəfindən təqdim olunur.

Faiz qazandıran debet kartları digərlərindən fərqləndirən əsas xüsusiyyət, bu kartlara yerləşdirilən məbləğə (qalıq məbləğ) faizlərin gəlməsidir. 

Bu kartlar debet kart növünə daxildir və eyni zamanda depozit imkanlarını da təqdim edir. 

Qeyd edək ki, bu kartlarla debet karlarda olduğu kimi mal və xidmətlər üzrə ödənişlər edə, nağdlaşdırma əməliyyatı apara, dünyanın istənilən nöqtəsində və internet vasitəsilə ödənişlər apara bilərsiniz.

Bu gün müqayisə edəcəyimiz iki kart Bank of Baku – Bolkart Gənc Debet və Expressbank – Expresso Debet kartlarıdır.

Xüsusiyyətlər

Bolkart Gənc

Expresso

Kartın valyutası

AZN / USD / EUR

AZN

Faiz hesablanması üçün minimal məbləğ

 100 AZN

100 AZN

Kartın müddəti

3 il

4 il

Müsbət qalığa hesablanacaq faiz dərəcəsi

AZN - 5%

AZN - 3%

Nağdlaşdırma komissiyası

Bank of Baku ATM-lərində və prosessinq mərkəzlərində

0%

Expressbank ATM-lərində

0%

Digər banklar ATM-ləri

 1,5%, min 3.5 AZN

Digər bankların ATM-ləri

3%, min 3 AZN 

Mədaxil

Cash-in aparatı

Kassa

MilliÖn

Cash-in aparatı

Kassa

Expresspay

Cash-back xidməti

Partnyor şəbəkədə 15%-dək

Partnyor şəbəkədə 20%-dək

Qeyri Partnyor şəbəkədə - 0,3%

Cash-back Partnyor sayı

2000-dən çox

500-dən çox

3D secure

Var

Var

 İnternet-Bankinq

pulsuz

3 AZN*

SMS-Bankinq

5 AZN

6 AZN

Kartın dəyəri

7 AZN*

5 AZN

Ən sərfəli kredit üçün müraciət et

  • Yaxın 2 həftə ərzində Expresso kartları üçün İnternet Bankinq xidmeti pulsuz olaraq tətbiq olunacaq.
  • Bolkart Gənc Debet kartlarının bir illik qiyməti 7 AZN, 2 illik qiyməti 12 AZN, 3 illik 16 AZN-dir.

Hər iki debet kartının müəyyən olunmuş göstəricilər üzrə müqayisəsini apardıq və sizə uyğun debet kartını seçməyiniz üçün fikir yaratmağa çalışdıq. Göründüyü kimi hər iki kartın üstünlükləri az deyil və hər bir göstərici üzrə bir-birini izləyirlər. Ümid edirik ki, debet kartı seçərkən müqayisəmiz sizin üçün faydalı olar.

Ən yaxşı bildiyiniz kartı özünüz seçin :)