Həyatımızda bir neçə sahəyə investisiya olunur. Çoxu qidaya, çoxu paltara, çoxu iş üçün. Amma əslində deyilənə görə ən dəyərli investisiya təhsilədir. Gəlin bunu bir neçə səbəblə izah edək.
1) Təhsilə qoyulan investisiya uzunmüddətlidir, gəliri qısamüddətli əldə olunmasa da, uzunmüddətli dövrdə geri gəlir.
Təhsil qalıcıdır, uzun müddətdə mənfəət əldə etmək olur. Həm də təhsil köhnəlmir, sonsuzdur və bitmir. Üstündən nə qədər keçsə belə həmişə faydası dəyir. Riski az , səbr etməsi isə çoxdur.
2) Təhsilə qoyulan investisiya həmişə pul gətirir.
İnvestisiyanın əsas məqsədi pul gətirməsidir, bəzi investisiyaların gəlir qazandırma qarantiyası 100% deyil, amma təhsilə qoyulan investisiya gec də olsa pul gətirir.
3) Təhsilə qoyulan investisiyanın faizi, riski yoxdur.
Təhsildə gəlir var, amma faiz yoxdur. Yəni pul var amma risk yoxdur. Hər hansı bir kursa başlasaz nəsə öyrənsəniz, işə qəbul olmasaz belə öyrəndiklərinizi öyrədə bilərsiniz. Məsələn bir binaya pul yatırıb, inflyasiya ilə məşğul olacağınıza təhsilinizə pul qoyun.
4) Təhsilə qoyulan investisiyada görünməz əl filan yoxdur, bazar sərbəstdir.
Hər bir investisiyaya dövlətin müdaxiləsi mövcuddur, bazarda rəqib çoxdu deyə zərər olması ehtimalı çoxdur. Bazarda iştirakçı çox olsa da, rəqabət keyfiyyətdən asılı olur.
5) Təhsilə qoyulan investisiyada təkcə pul əsas rol oynamır, sənin savadın da əsas rol oynayır.
Nə qədər pulun olsa belə, savadın olmasa təhsilə qoyduğun pul heç nə olar. Ona görə də özün də çalışmalısan ki, daha çox pul qazanasan.