Daşınmaz əmlak sığortasına maraq azalır – Yığımlar 4 dəfəyədək azalıb | Banco.az

Daşınmaz əmlak sığortasına maraq azalır – Yığımlar 4 dəfəyədək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 7 milyon 496 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 20 milyon 675 min manat və ya 3,8 dəfə azdır. 2025-ci ilin yanvar-mart aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 28 milyon 171 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 265 min manat və ya 31,9% azalaraq 567 min manata enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram