Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində sənaye şirkətlərinin mənfəəti ilin ilk iki ayında azaldıqdan sonra birinci rübdə artıb.
Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun (MSB) verdiyi məlumata görə, illik dövriyyəsi 20 milyon yuanı (təxminən 2,74 milyon ABŞ dolları) keçən sənaye müəssisələrinin ümumi mənfəəti 2025-ci ilin yanvar-mart dövründə 1,51 trilyon yuan (təxminən 210 milyard ABŞ dolları) olub.
Sənaye şirkətlərinin ümumi mənfəəti bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.
Sənaye şirkətlərinin ümumi gəliri isə bu dövrdə illik müqayisədə 3,4 faiz artış göstərib.
Bu dövrdə sənayenin 41 sahəsindən 24-də mənfəət artımları qeydə alınıb.
Qeyd edək ki, Çində sənaye şirkətlərinin mənfəəti 2024-cü il ərzində 3,3 faiz azalmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!