Çarlz Bukovskini yəqin ki, tanıyırsınız. Yeraltı və Amerika ədəbiyyatının dahi yazarları arasında yer alan Bukovskinin çox keşməkeşli bir həyatı olduğunu da bilirsiniz. Bu keşməkeşli həyatın sahibinin dünyaya son mesajı qəbir daşında yazılıb: Cəhd etməyin.
Çarlz Bukovski çoxları tərəfindən ədəbiyyatın əfsanələri arasında göstərilən bir yazıçı və şairdir. Qumar, içki, seks üçbucağı ilə həyat sürən Bukovskinin çox dərin bir hekayəsi var.
Çarlz Bukovskinin yazdığı hekayələri deyil, özünün hekayəsini təqdim edirik:
Uşaqlıqdan çox çətinliklər çəkən Bukovski həyatı boyunca bədbəxt birisi idi. Bunu bir yara olaraq qəbul etmirdi. Bu, onun vəziyyəti idi və bütün həyatını bu şəkildə keçirirdi. Bütün bu çətinliklərin arxasında bir böyük həvəsi var idi: yazmaq.
İllərlə şerlər və hekayələr yazdı. Hər gənc yazıçı kimi yazılarının jurnal və qəzetlərdə dərc edilməsi üçün çalışırdı. İki yazısı dərc olundu, lakin qalan yazılarına cavab olaraq təhqirlərlə dolu rədd məktubları gəldi. Yazılarının əxlaqsız və iyrənc olduğu bildirildi. Yazmaqdan küsən Bukovski mədə xorası (red. yazva) xəstəliyinə tutuldu. Ölümdən döndükdən sonra təkrar yazmağa başlayır və böyük fürsət ayağına gəlir. Bir nəşriyyat evi Bukovskiyə ömür boyu çox az maaş ödəyərək kitablarını çap etməyi təklif etdi. Bunun həyatındakı ilk və tək fürsət olduğunun fərqində olan Bukovski təklifi qəbul etdiyi məktubda bunları yazır:
“İki şansım var, ya bu poçt ofisində qalacağam və dəli olacağam.. ya da istefa edib, yazıçı olub aclıqdan öləcəyəm. Aclıqdan ölməyə qərar verdim”.
Kitabları nəşr edilən, milyonlar kitablar satan və məşhurluğun sərhədlərini aşan Bukovski artıq xəyallardakı ad idi. Sağ ikən adı ədəbiyyat əfsanələri sırasına daxil olmuşdu. Nəticədə, xəyal etmişdi, çox çalışmışdı, heç nə üçün bu xəyalının dalınca getdi və uğur qazandı, elə deyilmi? Bəs, Bukovskinin qəbir daşında nə yazılıb, bilirsiz?
“Cəhd etmə” (Don’t Try)
Axı, niyə? Amerika yuxusunu necə lazımdı yaşayan, heçlikdən ulduza çevrilən və bu yolda həyatı boyunca mübarizə aparan bir insan niyə bizə “Cəhd etmə” desin? Bukovski yazıçı oldu, əfsanə oldu, amma xoşbəxt olmadı. Yazılarını oxuduqda yaşadığı bədbəxtliyi iliklərinə qədər hiss edirsən.
Onun uğuru uğur qazanmaq ehtirasından qaynaqlanmırdı, bədbəxtliyindən qaynaqlanırdı. Özünü belə tanımışdı və özünü dəyişdirməyə səy göstərmədi. Bu yaşayış tərzinə uyğun yaşadı və məşhurlaşdıqdan sonra da bu tərz yaşayışa davam etdi. O, dəyişmək üçün cəhd etmədi. Məşhur olmaq onu dəyişdirmədi. O, sadəcə bədbəxtliyini yazıda ifadə etdi. Xoşbəxt olmaq üçün cəhd etmədi. Uğurun xoşbəxtlik gətirəcəyinə inanmadı. Buna görə də sadəcə yazdı. Cəhd etmədi.
Moneta.az