Bu ölkələrin qlobal ərzaq və kənd təsərrüfatı istehlakında payı artacaq | Banco.az

Bu ölkələrin qlobal ərzaq və kənd təsərrüfatı istehlakında payı artacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Asiya və Hindistanın qlobal ərzaq və kənd təsərrüfatı istehlakında payı artacaq.

Banco.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan və 2024-2033-cü illəri əhatə edən 20-ci Kənd Təsərrüfatı Perspektivləri hesabatı dərc olunub.

Hesabata görə, kənd təsərrüfatı məhsullarının istehlakı ötən 20 ildə xüsusilə aşağı və orta gəlirli iqtisadiyyatlarda əhali və gəlir artımı hesabına artım göstərib. Bu ölkələr texnologiya və innovasiyalardakı irəliləyişlər və təbii sərvət istehsalındakı artımla istehsallarını da sürətlə artırarkən, kənd təsərrüfatı istehsalı və istehlak nöqtələrinin dəyişməsi bu dövrdə beynəlxalq kənd təsərrüfatı ticarət modellərində dəyişikliklərə səbəb olub.

Bu dəyişikliklərdən irəli gələrək, kənd təsərrüfatı və balıqçılıq məhsullarının ümumi qlobal istehlakının növbəti 10 il ərzində, əsasən, aşağı və orta gəlirli ölkələrdə olmaqla illik 1 faiz artacağı gözlənilir. Bu dövrdə qlobal ərzaq istehlakının isə illik 1,2 faiz artacağı təxmin edilir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda deyilir ki, Çinin qlobal ərzaq və kənd təsərrüfatı istehlakının artmasına dominant təsiri getdikcə azalır. Ötən 10 ildə qlobal istehlak artımında 28 faizlə təmsil olunan Çinin payının növbəti 10 ildə 11 faizə düşəcəyi proqnozlaşdırılır. Bu azalmaya ölkədə qidalanma vərdişlərinin sabitləşməsi, gəlir artımının ləngiməsi və əhalinin azalmasının təsir göstərəcəyi gözlənilir.

Artan şəhər əhalisi və rifah səviyyələrindən asılı olaraq, Hindistan və Cənub-Şərqi Asiya ölkələrinin növbəti 10 ildə qlobal istehlakdakı paylarını artıracaqları və 2033-cü ilə qədər qlobal istehlak artımının təxminən 31 faizini təşkil edəcəkləri təxmin edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et