Müəllif: Gülnar Əhmədli, Banco.az
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2026-cı ilin yanvar-aprel aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi 121.1 milyon dollarlıq ixracla birinci olub.
İlk 10-luqda olan şirkətlər bunlardır:
- “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 121.1 milyon dollar
- “Prime Cotton” MMC - 64.3 milyon dollar
- “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 37.3 milyon dollar
- "Agrarco" MMC - 29 milyon dollar
- “Baku Steel Company” QSC - 28.8 milyon dollar
- “P-Aqro” MMC - 18.9 milyon dollar
- "Tabaterra" MMC - 15.1 milyon dollar
- “Prime LM” MMC - 12.8 milyon dollar
- "Khan El" MMC - 11.8 milyon dollar
- "Mors Trading" MMC - 10.8 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!
