Bu il Azərbaycanın İsveçrəyə qeyri-neft ixracından qazancı 16% artıb | Banco.az

Bu il Azərbaycanın İsveçrəyə qeyri-neft ixracından qazancı 16% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin 8 ayında Azərbaycanın İsveçrəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 13 milyon 897 min dollar və ya 16.1% artıb. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayları ərzində İsveçrəyə qeyri-neft ixracının dəyəri 100 milyon 266 min dollar təşkil edib. 

Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 86 milyon 369 min dollar olub. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (752,1 milyon dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et